4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp, ona qarşı sui-qəsd edilən gün hüquq-mühafizə orqanlarının səhvlərindən danışıb

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilmiş sui-qəsdlə bağlı FBI, Gizli Xidmət və Ədliyyə Nazirliyindən aldığı hesabatlardan məmnun olduğunu, lakin həmin gün hüquq-mühafizə orqanlarının bəzi səhvlərə yol verdiyini bildirib.

13 İyul 2025 10:26
Tramp, ona qarşı sui-qəsd edilən gün hüquq-mühafizə orqanlarının səhvlərindən danışıb

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilmiş sui-qəsdlə bağlı FBI, Gizli Xidmət və Ədliyyə Nazirliyindən aldığı hesabatlardan məmnun olduğunu, lakin həmin gün hüquq-mühafizə orqanlarının bəzi səhvlərə yol verdiyini bildirib.

AzerVoice xəbər verir ki bu haqqda o, Fox News telekanalına verdiyi müsahibədə deyib.

“FBI, Gizli Xidmət və Ədliyyə Nazirliyindən mənə bir neçə dəfə məlumat verdilər. Mən ümumilikdə razı qaldım. Amma binanın içində mütləq kimsə olmalı idi – bu, böyük bir səhv idi. Onlar yerli polisə də məlumat verməli idilər. Elə səhvlər buraxılıb ki, bunlar baş verməməli idi” - deyə, Tramp vurğulayıb.

Bununla belə Tramp əlavə edib ki, bu insanlara güvənir, onları istedadlı adlandırıb və bildirib ki, onlar sadəcə pis bir gün keçiriblər. “Amma mən böyük mənzərə baxımından razı qaldım” – deyə, o vurğulayıb.

Qeyd edək ki, Trampa qarşı sui-qəsd iyulun 13-də, onun Pensilvaniyada keçirilən seçki kampaniyası mitingi zamanı baş verib. 20 yaşlı Tomas Metyu Kruks adlı şəxs Trampı güllələməyə cəhd edib. Hücum edən şəxs hadisə yerində zərərsizləşdirilib, üzərindən "AR-15" tipli yarıavtomatik tüfəng tapılıb.

Tramp həmin anda yalnız yüngül xəsarət alıb. Hadisə nəticəsində bir tamaşaçı həlak olub, daha iki nəfər isə yaralanıb.

Məqalədə: #ABŞ #Donald Tramp #sui-qəsd #Donald Trampa sui-qəsd

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.