6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahunun məsləhətçisi istintaqa cəlb edilib

İsrail Baş naziri Benyamin Netanyahunun yaxın çevrəsindəki məsləhətçilərin dövlətə məxsus məxfi məlumatları qanunsuz şəkildə ölkə xaricinə çıxararaq yaymaları səbəbilə istintaqa cəlb edildiyi bildirilib.

14 İyul 2025 19:06
Netanyahunun məsləhətçisi istintaqa cəlb edilib

BAKI, AzerVoice

İsrail Baş naziri Benyamin Netanyahunun yaxın çevrəsindəki məsləhətçilərin dövlətə məxsus məxfi məlumatları qanunsuz şəkildə ölkə xaricinə çıxararaq yaymaları səbəbilə istintaqa cəlb edildiyi bildirilib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

İsrailin daxili təhlükəsizlik orqanı Şin Bet və polis qüvvələri, sözügedən şəxslərin evlərində axtarış aparıb, sənədlərə və rəqəmsal daşıyıcılara əl qoyub.

Baş nazirlik Ofisindən sızdırılan bəzi sənədlər, HƏMAS ilə aparılan girov danışıqlarını sabotaj etmək, ictimai rəyi yönləndirmək və danışıqlar prosesini çətinləşdirmək məqsədilə təhrif edilib.

İddianaməyə əsasən, Netanyahunun müşavirlərindən biri olan Yonatan Uriç, keçmiş hərbi sözçü Eli Feldşteyn və Netanyahunun “ictimai razılıq məsləhətçisi” kimi tanınan Srulik Einhorn ilə birlikdə fəaliyyət göstərib.

Uriç hərbi senzura tərəfindən yayımlanması qadağan edilən məlumatları xarici media qurumlarına ötürmə planı hazırlayıb. Uriçin məqsədli şəkildə dövlət təhlükəsizliyinə zərər yetirə biləcək məlumatları yaymaq üçün fəaliyyət göstərdiyi qeyd olunur.

Belə ki, məlumatların media vasitəsilə nəzarətli şəkildə sızdırılması nəticəsində ictimai rəyin istiqamətləndirilməsi və siyasi təzyiqin artırılması hədəflənib. Həm Uriçin, həm də Feldşteynin bu prosesdə koordinasiyalı şəkildə hərəkət etdiyi vurğulanıb.

Prokurorluq, Yonatan Uriçin istintaqa mane olmaq məqsədilə sübutları yox etməyə cəhd göstərdiyindən şübhələndiklərini bildirib. Paralel olaraq, Netanyahunun korrupsiya işi üzrə təqibini aparan Baş prokuror Baharav-Miara ilə baş nazir arasında ciddi fikir ayrılıqları olduğu və Netanyahu tərəfdarlarının onun vəzifədən uzaqlaşdırılmasına çalışdığı da qeyd olunub.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Yonatan Uriç #Şin Bet

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.