12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa İsrailin Qəzzaya Hücumlarını Qınayıb

Fransa Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında humanitar yardıma çatmağa çalışan fələstinli mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları qınayıb.

23 İyul 2025 17:43
Fransa İsrailin Qəzzaya Hücumlarını Qınayıb

BAKI,AzerVoice

Fransa Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında humanitar yardıma çatmağa çalışan fələstinli mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları qınayıb.

AzerVoice xəbər verir ki, bəyanatda İsraili beynəlxalq hüquqa hörmət etməyə və Qəzzaya humanitar yardımın girişinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırılıb.

Nazirlik qeyd edib ki, İsrailin Qəzzanın mərkəzini də əhatə edən yeni hücumları zorla köçürülmələrə səbəb olmaqla yanaşı, BMT qurumlarının və beynəlxalq humanitar təşkilatların fəaliyyətini əngəlləyir.

“Bu yeni əməliyyatlar kifayət qədər qida və tibbi resursun olmadığı şəraitdə bölgədəki humanitar vəziyyəti daha da pisləşdirir. Bu, İsrailin tətbiq etdiyi blokadanın nəticəsidir” – deyə bəyanatda bildirilib.

Fransa eyni zamanda İsraildən BMT əməkdaşlarının bölgədəki fəaliyyətlərinə şərait yaratmağı və onlara qarşı təzyiqləri dərhal dayandırmağı tələb edib.

BMT-nin hesabatlarına istinadən bildirilib ki, son iki ayda yardım mərkəzlərinə yaxınlaşmağa çalışan mindən çox mülki şəxs İsrailin hücumları nəticəsində həyatını itirib.

İsrail ordusu 19 yanvar tarixində elan edilmiş atəşkəsi 18 mart tarixində pozaraq Qəzzəyə qarşı genişmiqyaslı hücumlara yenidən başlayıb. Fələstin Səhiyyə Nazirliyinin son məlumatına görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzədə azı 59 min 219 nəfər ölüb, 143 min 45 nəfər isə yaralanıb.

İsrailin 18 martdan sonra həyata keçirdiyi hücumlarda isə 8363 nəfər həlak olub, 31 min nəfərdən çox insan yaralanıb.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Fransa #humanitar yardım #Fələstin torpaqları və Qəzza gələcəyi #İsrail-Fələstin münaqişəsi #Qəzza humanitar böhranı

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.