10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın hərbi gəmisi İranın xəbərdarlığı ilə Oman körfəzini tərk edib

ABŞ-a məxsus "Fitzgerald" esminesi İranın hərbi qüvvələrinin xəbərdarlığından sonra Oman körfəzini tərk edib.

23 İyul 2025 19:18
ABŞ-ın hərbi gəmisi İranın xəbərdarlığı ilə Oman körfəzini tərk edib

BAKI, AzerVoice

ABŞ-a məxsus "Fitzgerald" esminesi İranın xəbərdarlığından sonra Oman körfəzini tərk edib.

AzerVoice xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata əsasən, İran Silahlı Qüvvələri ABŞ gəmisinin İran sahillərinə daxil olmağa cəhd etdiyini müəyyən etdikdən sonra havaya helikopter qaldırıb. Pilot esminesin heyətinə kursunu dəyişməsi ilə bağlı xəbərdarlıq ötürüb.

ABŞ hərbçiləri cavab olaraq öz helikopterlərini havaya qaldıracaqlarını bildiriblər. İran tərəfindən dəfələrlə edilən xəbərdarlıqlardan və "Fitzgerald" gəmisindən gələn təhdidlərdən sonra İranın hava hücumundan müdafiə sistemi komandanlığı prosesə müdaxilə edib. İran helikopterinin tam müdafiə sistemləri ilə təchiz olunduğunu və ABŞ gəmisinin cənub istiqamətində kursunu dəyişməli olduğunu bəyan edib.

İran hərbçilərinin iddiasına görə, bundan sonra ABŞ gəmisinin heyəti "İran Silahlı Qüvvələrinin nəzarəti altında körfəz sularını tərk etməyə məcbur qalıb".

Qeyd edək ki, oxşar hadisə 2016-cı ildə də baş vermişdi. ABŞ-ın "Riverine Command" gəmisindəki 10 dənizçi, Kətərəkdən Bəhreynə keçərkən Farsi Adasının üç mil daxilindəki İran ərazi sularına daxil oldu və İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən 15 saatlıq saxlanıldı. Sonra diplomatların müdaxiləsiylə azad edildi.

Məqalədə: #İran #ABŞ #Bəhreyn #SEPAH #gəmilər #ABŞ və İran arasında hərbi gərginlik #İran Silahlı Qüvvələri

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub
17:03
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
17:01
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.