8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tailand və Kamboca arasında atəşkəs əldə olunub

Kamboca baş naziri Hun Manet, ölkəsi ilə Tailand arasında baş verən sərhəd toqquşmalarından sonra Malayziya baş naziri Ənvər İbrahimin təklif etdiyi atəşkəsi qəbul etdiklərini açıqlayıb.

25 İyul 2025 19:49
Tailand və Kamboca arasında atəşkəs əldə olunub

BAKI, AzerVoice

Kamboca baş naziri Hun Manet, ölkəsi ilə Tailand arasında baş verən sərhəd toqquşmalarından sonra Malayziya baş naziri Ənvər İbrahimin təklif etdiyi atəşkəsi qəbul etdiklərini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Hun Manet "Facebook" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, o, Tailandla sərhəddə baş verən qarşıdurmalardan sonra Ənvər İbrahimlə telefon danışığı aparıb. Ənvər İbrahim tərəfləri dərhal atəşkəsə çağırıb və Hun Manet onun bu təklifini qəbul edib.

Baş nazir həmçinin bildirib ki, Ənvər İbrahim Tailandın müvəqqəti baş naziri Phumtam Veçayacay ilə də danışıb və onun da atəşkəs təklifini qəbul etdiyini bildirib.

Bununla belə, Hun Manet əlavə edib ki, Tailand tərəfi atəşkəsin qüvvəyə minməsi üçün əvvəlcə müəyyənləşdirilmiş tarix və vaxtdan imtina edib və daha sonrakı bir tarixi nəzərdə tutub.

“Tailand və Kamboca arasında hazırkı silahlı qarşıdurmanın həll yolu Tailand tərəfinin atəşkəsi qəbul etməkdə iradə göstərməsindən keçir” - deyə, o bildirib.

Qeyd edək ki, cənub-şərqi Asiyada yerləşən Tailand və Kamboca arasında uzun müddətdir ərazi mübahisəsi baş verir.

Sərhəd razılaşmasının pozulması səbəbindən mayın 28-də bölgədə qısa müddətli qarşıdurma baş vermiş, hər iki ölkənin ordusu problemin dinc yolla həlli barədə razılığa gəlmişdi.

Tailand isə Kamboca ilə sərhəddəki bütün nəzarət məntəqələrinin Banqkok tərəfindən idarə olunacağını açıqlamışdı.

Təxminən iki ay sonra, dünən baş vermiş yeni qarşıdurmalarda Kambocada bir, Tailandda isə 14 nəfərin həlak olduğu bildirilib. Hər iki ölkə bölgədən minlərlə insanı təxliyə etdiyini bəyan edib.

Tərəflər ilk atəşi kimin açdığı barədə bir-birini günahlandırır.

Məqalədə: #Malayziya #Tailand #Ənvər İbrahim #Kamboca #atəşkəs #Tayland-Kamboca sərhəd gərginliyi #Kamboca ordusu #Kamboca Müdafiə Nazirliyi #Kamboca-Tailand münasibətləri #Phumtam Veçayacay #Kamboca və Tailand arasında sərhəd insidentləri #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Kamboca ərazisində baş verən mina partlayışı #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca əsgərinin ölümü ilə başlayan toqquşmalar #Hun Manet

Mövzu üzrə digər xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Digər Dövlətlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub

20:18
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
Digər Dövlətlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio

19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.