7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hərbi komandirlərin və nüvə alimlərinin ölümü İran üçün ağır itkidir - Xamenei

İsrail ilə 12 gün davam edən müharibə zamanı yüksək rütbəli hərbi komandirlərin və nüvə alimlərinin öldürülməsi İran üçün ağır bir itkidir.

26 İyul 2025 18:02
Hərbi komandirlərin və nüvə alimlərinin ölümü İran üçün ağır itkidir - Xamenei

BAKI, AzerVoice

İsrail ilə 12 gün davam edən müharibə zamanı yüksək rütbəli hərbi komandirlərin və nüvə alimlərinin öldürülməsi İran üçün ağır bir itkidir.

AzerVoice xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Bununla belə, o, İsrailin öz hədəflərinə çata bilmədiyini bildirib. Xamenei ilk dəfədir ki, bu müharibənin nəticələrini bu qədər açıq şəkildə şərh edib.

“Əlbəttə ki, Məhəmməd Baqeri (İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi), Hüseyn Səlami (SEPAH komandanı), Qulaməli Rəşid (Xatəm-ül Ənbiya Qərargahının rəisi), Əli Şadmani (birgə əməliyyatlar üzrə komandan müavini) və digər komandirlər, eləcə də Məhəmməd Mehdi Təhrançi, Fəridun Abbasi kimi nüvə alimlərinin itirilməsi hər bir xalq üçün böyük yüktür” - deyə, o bildirib.

“Lakin düşmən (İsrail - red.) hədəfinə çata bilmədi. Zaman göstərəcək ki, həm hərbi, həm də elmi sahələrdə irəliləyiş keçmişdən daha sürətli və geniş olacaq” - deyə, o əlavə edib.

Xamenei ölkənin təhlükəsizliyini və müstəqilliyini qorumaq üçün hərbi rəhbərlərin üzərinə daha böyük məsuliyyət düşdüyünü bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #Ayətulla Seyid Əli Xamenei #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran və İsrail kəşfiyyat savaşı #İsrail və İranın Suriya mübarizəsi #İran-İsrail münaqişəsi #İran və İsrail arasında hərbi toqquşma riski #İran və İsrail münasibətləri #Seyid Abbas Araqçi #İran-İsrail münasibətləri #İsrail İran hücumu #Məhəmməd Baqeri #Nətənz nüvə obyekti #İsrail İran hücumu 2025 #İran nüvə alimləri hədəf alındı #İsrail İran əməliyyatı 2025 #Fordo nüvə obyekti #ABŞ-İsrail-İran üçbucağı #İsrail-İran atəşkəsi

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
Fələstin

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi

18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman

Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib

18:13
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 73 658-ə çatıb

18:05
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.