4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Malayziya Tailand-Kamboca danışıqlarında vasitəçi rolunu oynayacaq

Malayziya hakimiyyəti, Kamboca ilə Tailand arasında davam edən silahlı münaqişənin həlli üzrə bazar ertəsi baş tutacaq danışıqlarda vasitəçi rolunu üzərinə götürəcək.

27 İyul 2025 17:32
Malayziya Tailand-Kamboca danışıqlarında vasitəçi rolunu oynayacaq

BAKI, AzerVoice

Malayziya hakimiyyəti, Kamboca ilə Tailand arasında davam edən silahlı münaqişənin həlli üzrə bazar ertəsi baş tutacaq danışıqlarda vasitəçi rolunu üzərinə götürəcək.

AzerVoice xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən məlumat verib.

“Tərəflər Malayziyaya tam etibar etdiklərini və vasitəçiliyi bizim həyata keçirməyimizi istədiklərini bildirdilər” – deyə, nazir qeyd edib.

Həsən, Tailand və Kamboca XİN rəhbərləri ilə telefon danışığından sonra bildirib ki, tərəflər münaqişənin nizamlanması prosesinə əlavə ölkələrin cəlb olunmasına ehtiyac olmadığı barədə razılığa gəliblər.

Xatırladaq ki, daha əvvəl Kamboca Baş naziri Hun Manet və Tailandın müvəqqəti baş naziri Phumtam Veçayaçayın bazar ertəsi Malayziyada görüş keçirəcəyi və burada bir neçə gündür davam edən silahlı qarşıdurmanın həlli yollarını müzakirə edəcəyi bildirilmişdi.

Qeyd edək ki, iyulun 24-də Kamboca-Tailand sərhədində Kambocaya məxsus minanın partlaması nəticəsində Tailand ordusunun beş hərbçisinin yaralanması ilə silahlı toqquşmalar başlayıb. Tərəflər insidentə görə bir-birini ittiham ediblər.

İki ölkə arasında münasibətlər, may ayında hər iki ölkənin iddia etdiyi sərhəd ərazisində baş verən atışma zamanı kambocalı əsgərin həlak olmasından sonra daha da gərginləşmişdi.

Məqalədə: #Malayziya #Tailand #Kamboca #Beynəlxalq vasitəçilik #Tayland-Kamboca sərhəd gərginliyi #Kamboca ordusu #Kamboca Müdafiə Nazirliyi #Kamboca-Tailand münasibətləri #Phumtam Veçayacay #Kamboca və Tailand arasında sərhəd insidentləri #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Kamboca ərazisində baş verən mina partlayışı #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca əsgərinin ölümü ilə başlayan toqquşmalar #Hun Manet

Mövzu üzrə digər xəbərlər

Kambocada qısa müddətdə “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq
Cəmiyyət

Kambocada qısa müddətdə “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

17 İyul 17:33
Ceyhun Bayramov Malayziya səfirini qəbul edib
Siyasət

Ceyhun Bayramov Malayziya səfirini qəbul edib

19 İyun 18:58
Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?
VOA təhlil mərkəzi

Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

5 İyun 06:00
Livan prezidenti yeni atəşkəs sazişini ölkə üçün son şans adlandırdı
Yaxın Şərq

Livan prezidenti yeni atəşkəs sazişini ölkə üçün son şans adlandırdı

4 İyun 15:05

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.