6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ceyhun Bayramov Malayziya səfirini qəbul edib

Görüşdə iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətləri müzakirə olunub.

19 İyun 2026 18:58
Ceyhun Bayramov Malayziya səfirini qəbul edib

BAKI,VOA

İyunun 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun inkişafı, qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, təhsil, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ölkələrimizin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığının, bu il və gələn il ölkəmizdə keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) sammitinin və İslam Əməkdaşlıq Təşkilatı sammitinin əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətini məmnunluqla qeyd ediblər.

Görüş zamanı postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov səfir Ahmad Kamrizamil Bin Mohd Rzaya Azərbaycanda fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ahmad Kamrizamil Bin Mohd Rza ölkəmizdə fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, Azərbaycan ilə Malayziya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Malayziya səfirini qəbul edib Ceyhun Bayramov Malayziya səfirini qəbul edib Ceyhun Bayramov Malayziya səfirini qəbul edib
Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Malayziya #Ahmad Kamrizamil Bin Mohd Rza #xarici əlaqələr

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.