11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yunanıstanda meşə yanğınları bütün ölkəyə yayılıb

Yunanıstanda temperaturun 44 dərəcəyə qədər yüksəlməsi nəticəsində, o cümlədən Afina ətrafındakı yaşayış ərazilərində də daxil olmaqla, ölkə boyu bir çox yerdə meşə yanğınları başlayıb.

28 İyul 2025 11:08
Yunanıstanda meşə yanğınları bütün ölkəyə yayılıb

BAKI, AzerVoice

Yunanıstanda temperaturun 44 dərəcəyə qədər yüksəlməsi nəticəsində, o cümlədən Afina ətrafındakı yaşayış ərazilərində də daxil olmaqla, ölkə boyu bir çox yerdə meşə yanğınları başlayıb.

AzerVoice xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, təkcə bazar günü ölkənin müxtəlif bölgələrində 50-dən çox yanğınla mübarizə aparılıb.

Xüsusilə Mora yarımadasında bir çox yaşayış məntəqəsi təhlükə səbəbindən təxliyə olunub. Afina yaxınlığındakı Drosopigi kəndində alov iki evi tamamilə məhv edib. Yerli sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb. Hadisə nəticəsində azı beş nəfər yanıq və tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bazar günü boyu 200-dən çox yanğınsöndürən, helikopter və xüsusi yanğınsöndürmə təyyarələrinin dəstəyi ilə alovlarla mübarizə aparıb.

Qeyd edək ki, Yunanıstana təsir edən şiddətli istilərin həftə boyu davam edəcəyi gözlənilir. Keçən ay Saqqız adasında baş verən yanğınlar 11 min 600 hektar ərazini məhv edib.

İyulun əvvəlində Kritdə başlayan meşə yanğını 5 min turistin təxliyəsinə səbəb olub. 2018-ci ildə Afina yaxınlığında baş verən yanğında 104 nəfər həlak olub.

Yunanıstan hökuməti meşə yanğınlarının artmasının iqlim dəyişikliyi ilə əlaqəli olduğunu qeyd edib.

Məqalədə: #Yunanıstan #meşə yanğını #İqlim dəyişikliyi #Qlobal iqlim dəyişikliyi #Meşə yanğınlarına qarşı tədbirlər #Meşə yanğınları İyul 2025 #Qlobal meşə yanğınları #Dünya meşə itkisi #Yanğınların iqlim dəyişikliyi ilə əlaqəsi #İqlim dəyişikliyinin yanğınlara təsiri

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.