9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tayland və Kamboca atəşkəslə bağlı razılığa gəlib

Tayland və Kamboca arasında sərhədyanı ərazilərdə beş gün davam edən silahlı toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.

28 İyul 2025 22:48
Tayland və Kamboca atəşkəslə bağlı razılığa gəlib

BAKI, AzerVoice

Tayland və Kamboca arasında sərhədyanı ərazilərdə beş gün davam edən silahlı toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.

AzerVoice xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim məlumat verib.

Məlumata görə, Kuala Lumpurda Taylandın baş nazir vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Hun Manet arasında keçirilən danışıqlardan sonra tərəflər atəşkəs barədə razılığa gəlib.

Qeyd edək ki, tərəflər arasında mübahisənin əsas səbəbi Preah Vihear məbədi və onun ətrafındakı torpaqların kimə məxsus olması məsələsidir. XI əsrdə Anqkor Kambocası dövründə inşa edilən bu məbəd, 1904-cü ildə Fransa ilə Siam (indiki Tayland) arasında imzalanan müqaviləyə əsasən Siam torpaqlarına daxil edilmişdi. Lakin 1907-ci ildə fransız xəritəsində məbəd Kamboca ərazisində göstərilmişdi. 1953-cü ildə Kamboca Fransadan müstəqillik əldə etdikdən sonra Tayland bu məbədi işğal etmişdi. 1959-cu ildə Kamboca BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmiş və 1962-ci ildə məhkəmə məbədin Kambocaya məxsus olduğuna qərar vermişdi.

2008-ci ildə məbədin UNESCO-nun Dünya İrsi Siyahısına Kamboca abidəsi kimi daxil edilməsi ilə vəziyyət yenidən gərginləşdi. Bu illər ərzində mütəmadi silahlı toqquşmalar yaşandı. Kamboca bir daha Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi və 2013-cü ildə məhkəmə Kamboca kompleks və ətraf ərazilər üzərində suverenliyini təsdiqlədi.

Bu il mayın 28-də Tayland Silahlı Qüvvələri Kambocanın Preah Vihear vilayəti ilə Taylandın Ubonratçatxani vilayəti arasında mübahisəli ərazidə yerləşən Kamboca hərbi postuna atəş açıb. İyulun 24-də isə Mambei, həmçinin Tamoantom, Tamoantauç və Takrabei məbədləri ətrafında yenidən döyüşlər baş verdi. Toqquşmalarda hər iki tərəfdən onlarla insan həlak oldu, yüzlərlə insan yaralandı.

Məqalədə: #Tayland #Kamboca #Tayland-Kamboca sərhəd gərginliyi #Kamboca ordusu #Kamboca Müdafiə Nazirliyi #Kamboca-Tailand münasibətləri #Kamboca və Tailand arasında sərhəd insidentləri #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Kamboca ərazisində baş verən mina partlayışı #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca əsgərinin ölümü ilə başlayan toqquşmalar

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.