12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Uitkoff Qəzzaya səfər edib

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzza zolağına səfər edib.

1 Avqust 2025 21:47
Uitkoff Qəzzaya səfər edib

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzza zolağına səfər edib.

AzerVoice xəbər verir ki, o, Qəzzaya səfərini İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən bir gün sonra həyata keçirib.

Uitkoff, ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondu (GHF) tərəfindən Rəfahda idarə olunan yardım məntəqəsinə baş çəkib. Bu fond, BMT-nin fikrincə, bölgədəki ölümcül şəraitin yaranmasında məsuliyyət daşıyan əsas amillərdən biridir.

Uitkoff səfərinin məqsədinin Qəzzadakı müharibədən viran olmuş Fələstin ərazisi üçün yeni yardım planı hazırlamaq olduğunu bildirib. Onun ziyarətindən bir neçə saat sonra fələstinli tibb işçiləri İsrail qüvvələrinin GHF-nin yardım məntəqəsi yaxınlığında üç fələstinlini güllələyərək öldürdüyünü bildirib. Lakin, hadisənin məhz həmin yerdə baş verdiyi təsdiqlənməyib.

İsrail ordusu yaydığı açıqlamada əsgərlərin “şübhəli şəxslərin” yaxınlaşdığına dair xəbərdarlıq atəşi açdıqlarını və hadisənin araşdırıldığını bildirib.

Uitkoffa səfərində ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də qoşulub. O, “X” sosial şəbəkəsində tikanlı məftillərin arxasında dayanan ac fələstinlilərin görüntüsünü paylaşıb. Onun paylaşımında böyük ABŞ bayrağı və “100 milyon yemək çatdırıldı” sözləri yer alıb.

Uitkoff, səfəri çərçivəsində digər qurumlarla da görüş keçirib və məqsədin Trampı humanitar vəziyyət barədə məlumatlandırmaq və humanitar yardımın çatdırılması üçün plan hazırlamaq olduğunu bildirib.

Qeyd edək ki, GHF fəaliyyətə başladığı may ayından bu yana yardım almağa çalışan 1000-dən çox fələstinli öldürülüb. Onların əksəriyyəti GHF məntəqələri yaxınlığında İsrail qüvvələri tərəfindən güllələnib. İsrail ordusu bəzi yardım almağa çalışan fələstinlilərin öldürüldüyünü etiraf etsə də, əsgərlərə davranışlarını yaxşılaşdırmaq üçün yeni göstərişlər verildiyini bildirib.

BMT, GHF-nin yardım bölgüsünün təhlükəli və neytrallıq prinsiplərinə zidd olduğunu, aclıq böhranını daha da dərinləşdirdiyini əsas gətirərək, fondla əməkdaşlıqdan imtina edir. GHF isə iddia edir ki, onların yardım paylama nöqtələrində heç kim öldürülməyib.

İsrail, humanitar yardımın fələstinlilərə çatmamasında HƏMAS və BMT-ni günahlandırır və GHF sistemini yardımların HƏMAS tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün tətbiq etdiyini bildirir. HƏMAS isə yardımları oğurladığı iddialarını rədd edir.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #humanitar yardım #humanitar böhran #rəsmi səfər #səfər #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzzanın bərpası 2025 #Qəzzada müharibədən sonrakı vəziyyət #Stiven Uitkoff

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.