6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniya XİN rəhbəri Qəzzanı ziyarət etmək istədiyini bildirib

Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi, Qəzza zolağını şəxsən ziyarət etmək istədiyini bildirib. Bu barədə Lemmi “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib.

2 Avqust 2025 19:33
Britaniya XİN rəhbəri Qəzzanı ziyarət etmək istədiyini bildirib

BAKI, AzerVoice, Səməd Əyyubov

Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi, Qəzza zolağını şəxsən ziyarət etmək istədiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Lemmi “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib.

Lemmi, İsrailin hücumları nəticəsində bölgədə baş verən dağıntılar və mülki itkilərdən narahat olduğunu qeyd edib.

O, yardım gözləyən mülki şəxslərə edilən hücumların qeyri-insani və mənəvi cəhətdən qəbuledilməz olduğunu vurğulayıb və bu əməllərə görə İsrailin məsuliyyət daşıdığını bildirib.

Nazir, Qəzzadakı mülki vətəndaşların və HƏMAS tərəfindən saxlanılan israilli əsirlərin vəziyyətinə diqqət çəkib. O qeyd edib ki, bu böhranın qarşısını almaq üçün təcili atəşkəsə ehtiyac var.

Lemmi, bölgədə dərinləşən humanitar böhran qarşısında beynəlxalq ictimaiyyətin daha çox məsuliyyət daşımalı olduğunu bildirib və Qəzzaya humanitar yardımın çatdırılması ilə yanaşı, davamlı atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff iyulun 31-də İsrailə səfər edərək Baş nazir Benyamin Netanyahu ilə Qəzzadakı vəziyyəti müzakirə etmişdi.

Daha sonra Uitkoff, Qəzzaya səfər etmişdi. O, səfərinin məqsədinin Trampı bölgədəki humanitar vəziyyətlə bağlı məlumatlandırmaq, eləcə də yardım planı hazırlamaq oluğunu bildirmişdi.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Böyük Britaniya #rəsmi səfər #Devid Lemmi #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Stiven Uitkoff

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.