6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail deputatı Qəzzada soyqırım iddiasını kürsüdə oxuyarkən uzaqlaşdırılıb

İsrail parlamentində (Knesset) müxalifətdə təmsil olunan Ortaq Siyahı Partiyasının millət vəkili Ofer Kassif, Qəzza zolağında İsrailin soyqırım törətdiyinə dair açıqlamanı səsləndirdiyi üçün parlament kürsüsündən zorla uzaqlaşdırılıb. Hadisə, Kassifin dünən axşam parlamentdə etdiyi çıxış zamanı baş verib. O, çıxışının görüntüsünü sosial media hesabında paylaşaraq baş verənlərə sərt reaksiya verib.

5 Avqust 2025 14:25
İsrail deputatı Qəzzada soyqırım iddiasını kürsüdə oxuyarkən uzaqlaşdırılıb

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail parlamentində (Knesset) müxalifətdə təmsil olunan Ortaq Siyahı Partiyasının millət vəkili Ofer Kassif, Qəzza zolağında İsrailin soyqırım törətdiyinə dair açıqlamanı səsləndirdiyi üçün parlament kürsüsündən zorla uzaqlaşdırılıb.

AzerVoice xəbər verir ki, hadisə, Kassifin dünən axşam parlamentdə etdiyi çıxış zamanı baş verib. O, çıxışının görüntüsünü sosial media hesabında paylaşaraq baş verənlərə sərt reaksiya verib.

Kassif çıxışında məşhur israilli yazıçı David Qrossmanın İtaliyanın La Repubblica qəzetinə verdiyi müsahibədən sitatlar səsləndirib. Qrossman müsahibəsində Qəzzada baş verənləri "soyqırım" kimi qiymətləndirərək bunları demişdi:

“İllər boyu ‘soyqırım’ ifadəsini işlətməkdən çəkinirdim. Amma Qəzzada gördüklərim və eşitdiklərim qarşısında artıq susa bilmərəm. Mən İsraili soyqırım törədən bir dövlət kimi tanımaqdan hər zaman çəkinmişəm. Amma indi, dərin ağrı və qırıq bir qəlblə deyə bilərəm ki, bu, Qəzza zolağında gözlərimin qarşısında baş verir.”

Bu sözləri parlamentdə səsləndirməyə başlayan Kassifə dərhal Knessetdəki digər israilli deputatlar tərəfindən sərt etirazlar gəlib. Nəticədə, o, parlament mühafizəçiləri tərəfindən zorla kürsüdən endirilib.

Sosial media paylaşımında Kassif, hadisəyə sərt münasibət bildirərək İsrail parlamentində tənqidə, hətta yazılı mənbədən sitat gətirməyə belə icazə verilmədiyini vurğulayıb.

“Parlamentdə fikir azadlığına yer yoxdur. Hətta bir yazıçının sözlərini oxumaq belə yasaqlanır. Bu, demokratiya deyil”, – deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, israilli yazar David Qrossman ötən həftə La Repubblica qəzetinə verdiyi müsahibə ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkmişdi. O, Qəzzada baş verən hadisələri ilk dəfə olaraq açıq şəkildə “soyqırım” adlandırmış, bu ifadəni işlətməməyə çalışdığını, lakin artıq susa bilmədiyini bildirmişdi.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı #İsrail və Qəzza münaqişəsi #İsrail vətəndaşlarının Qəzza zolağına qanunsuz girişi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.