10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İngiltərədə Çikungunya virusuna yoluxma halları sürətlə artır

Böyük Britaniyada çikungunya virusuna yoluxma halları son aylarda iki dəfədən çox artıb. ​Bu barədə məlumatı ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) yayıb. Yoluxmaların böyük əksəriyyəti Hindistan, Şri-Lanka və Mavrikiyə səyahətlə bağlıdır. Agentlik bildirib ki, virus ölkədə yayılmaq üçün lazım olan iki ağcaqanad növü ilə ötürülür və buna görə yerli yayılma riski mövcud deyil. UKHSA-nın açıqlamasına görə, bu ilin ilk altı ayında ölkədə 73 çikungunya hadisəsi qeydə alınıb. Bu, keçən ilin eyni dövründəki 27 hadisədən iki dəfə çoxdur.

14 Avqust 2025 13:50
İngiltərədə Çikungunya virusuna yoluxma halları sürətlə artır

BAKI, AzerVoice, Nərmin Ağayeva

İngiltərədə Çikungunya virusuna yoluxma halları sürətlə artır

AzerVoice xəbər verir ki,Böyük Britaniyada çikungunya virusuna yoluxma halları son aylarda iki dəfədən çox artıb.
Bu barədə məlumatı ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) yayıb. Yoluxmaların böyük əksəriyyəti Hindistan, Şri-Lanka və Mavrikiyə səyahətlə bağlıdır. Agentlik bildirib ki, virus ölkədə yayılmaq üçün lazım olan iki ağcaqanad növü ilə ötürülür və buna görə yerli yayılma riski mövcud deyil.

UKHSA-nın açıqlamasına görə, bu ilin ilk altı ayında ölkədə 73 çikungunya hadisəsi qeydə alınıb. Bu, keçən ilin eyni dövründəki 27 hadisədən iki dəfə çoxdur.

Agentlik əlavə edib ki, virusun ölümcül olma ehtimalı azdır, lakin bəzən xəstələrdə oynaq ağrıları illərlə davam edə bilər. Buna görə də beynəlxalq səyahət edənlər ağcaqanad dişləmələrinə qarşı tədbir görməli, səyahət etməzdən əvvəl cari sağlamlıq məsləhətlərini yoxlamalıdır. Həmçinin, yüksək riskli ərazilərə gedənlər üçün çikungunya peyvəndi nəzərdən keçirilə bilər.

“Çikungunya ciddi bir xəstəlik ola bilər. Böyük Britaniyaya qayıdan səyahətçilər arasında yoluxma hallarının artması narahatlıq doğurur. Həşərat kovuculardan istifadə etmək, sıxmayan paltar geyinmək və dərmanlı ağcaqanad toru altında yatmaq yoluxma riskini xeyli azaldır.” - deyə UKHSA-nın İctimai Sağlamlıq Məsləhətçisi Dr. Philip Veal bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çikungunya virusu qızdırma və oynaq ağrılarına səbəb olur. Nadir hallarda ölümcül ola bilən xəstələr üçün isə iki təsdiqlənmiş peyvənd mövcuddur.

Məqalədə: #Böyük Britaniya #İngiltərə #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #epidemiya #Epidemiyalara qarşı kollektiv müdafiə #pandemiya riski #Virus #Virus təhlükəsi #çikungunya virusu

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

19:35

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.