12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Latın Amerikası yaxınlığında narkokartellərə qarşı hərbi hazırlıq görür

ABŞ Müdafiə Nazirliyi Latın Amerikası yaxınlığındakı dəniz akvatoriyasına 4 mindən çox dənizçi və dəniz piyadası göndərir. “Bloomberg” agentliyinin məlumatına görə, bu addım prezident Donald Trampın narkokartellərə qarşı mübarizədə hərbi qüvvələrdən istifadə edə biləcəyini bəyan etməsindən sonra atılıb.

18 Avqust 2025 20:43
ABŞ Latın Amerikası yaxınlığında narkokartellərə qarşı hərbi hazırlıq görür

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ Müdafiə Nazirliyi Latın Amerikası yaxınlığındakı dəniz akvatoriyasına 4 mindən çox dənizçi və dəniz piyadası göndərir.

AzerVoice xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, bu addım prezident Donald Trampın narkokartellərə qarşı mübarizədə hərbi qüvvələrdən istifadə edə biləcəyini bəyan etməsindən sonra atılıb.

Məlumata əsasən, ABŞ-ın Cənub Komandanlığının (Cənubi və Mərkəzi Amerika, həmçinin Karib hövzəsini əhatə edir) məsuliyyət zonasında xidmət aparmaq üçün “İvodzima” amfibiya-desant qrupu və 22-ci ekspedisiya dəniz piyadaları briqadası göndərilib. Bu qüvvələr böhran vəziyyətlərində reaksiya göstərmək üçün birgə qrup kimi fəaliyyət göstərəcək.

Hərbi kontingentin dəqiq tapşırıqları açıqlanmasa da, “The New York Times” daha əvvəl yazmışdı ki, Tramp Pentaqona Latın Amerikasındakı narkokartellərə qarşı hərbi əməliyyat variantlarını hazırlamağı tapşırıb. Bununla belə, Meksika öz ərazisində ABŞ qüvvələrinin yerləşdirilməsini qəti şəkildə istisna edib.

ABŞ Hərbi Dəniz Qüvvələri əvvəlcə bu bölmənin Virciniya ştatının Norfolk bazasından “planlı yerləşdirmə” adı ilə göndərildiyini açıqlamışdı. Lakin indi bəlli olub ki, yaxın aylarda Cənub Komandanlığı kartellərə qarşı mümkün əməliyyatlar üçün əlavə resurslar əldə edəcək.

Məqalədə: #ABŞ #Pentaqon #ABŞ Müdafiə Naziri #Latın Amerikası dəniz akvatoriyası #ABŞ dənizçiləri və dəniz piyadaları #Donald Tramp narkokartellər əməliyyatı #ABŞ Cənub Komandanlığı #İvodzima amfibiya-desant qrupu #22-ci ekspedisiya dəniz piyadaları briqadası

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.