4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Güc öldürdüyün insanların sayı ilə ölçülmür- Avstraliyanın Daxili İşlər naziri

Avstraliya hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunun ölkənin Baş naziri Antoni Albanizini “İsrailə xəyanət edən zəif siyasətçi” adlandırmasına sərt cavab verib. Avstraliyanın daxili işlər naziri Toni Berk dövlət televiziyası ABC-yə müsahibə verib.

20 Avqust 2025 11:55
Baku
Güc öldürdüyün insanların sayı ilə ölçülmür- Avstraliyanın Daxili İşlər naziri

BAKI, AzerVoice

Avstraliya hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunun ölkənin Baş naziri Antoni Albanizini “İsrailə xəyanət edən zəif siyasətçi” adlandırmasına sərt cavab verib.

AzerVoice xəbər verir ki, Avstraliyanın daxili işlər naziri Toni Berk dövlət televiziyası ABC-yə müsahibə verib.

“Güc, partlada biləcəyiniz insanların sayı və ya aclıqdan ölməyə məhkum etdiyiniz uşaqların sayına görə ölçülmür.”- deyə o qeyd edib.

Ötən həftə Kanberranın sentyabrda BMT Baş Assambleyası çərçivəsində Fələstin dövlətini tanıyacağını elan etməsindən sonra Avstraliya ilə İsrail arasında münasibətlər kəskin şəkildə pisləşib.

Bazar ertəsi günü Avstraliya Netanyahunun hakimiyyət koalisiyasında yer alan “Dini Sionizm” partiyasının deputatı Simxa Rotmanın vizasını ləğv edib. Rəsmi Kanberra bu addımı onun mümkün çıxışlarının Avstraliya cəmiyyətində parçalanmalara səbəb ola biləcəyi ehtimalı ilə əsaslandırıb.

Ertəsi gün İsrail cavab olaraq, Fələstin Muxtariyyəti yanında fəaliyyət göstərən avstraliyalı diplomatların vizalarını ləğv edib. Bu addım Avstraliya tərəfindən təəssüflə qarşılanıb və tənqid edilib

Qeyd edək ki, Netanyahu Avstraliyanın baş nazirini “İsrailə xəyanət edən zəif siyasətçi” adlandıraraq, “Avstraliya yəhudilərindən üz döndərməkdə” ittiham edib.

Xatırladaq ki, 1950-ci illərdə Avstraliyanın cənub-şərqində yerləşən Melburn şəhəri Holokost dəhşətlərindən qaçan yəhudiləri qəbul etmişdi. Bu gün Melburn, ümumi əhali sayına görə, İsraildən sonra Holokostdan sağ çıxanların ən çox məskunlaşdığı şəhər hesab olunur.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Avstraliya #viza ləğv edilməsi #Toni Berk #Avstraliyanın Daxili İşlər naziri #Avstraliya və İsrail münasibətləri\ #Antoni Albanizi

Mövzu üzrə digər xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.