Türkiyə və Belarus viza tələblərinin qarşılıqlı ləğvi protokoluna dəyişiklik edib
Türkiyə Respublikası ilə Belarus Respublikası arasında 29 mart 2013-cü il tarixində imzalanmış “Viza Tələblərinin Qarşılıqlı Ləğvi Anlaşması”na dəyişiklik edilməsi barədə protokol rəsmi olaraq təsdiqlənib.
İraq-Türkiyə arasında yeni elektron viza sistemi işə salınıb
İraq və Türkiyə arasında yeni elektron viza sistemi rəsmi olaraq işə salınıb. Sistem İraqın Ankaradakı səfirliyində təşkil olunan mərasimlə təqdim edilib. Tədbirdə İraqın Ankara səfiri Məcid Əbdülrəd Haşən əl-Ləçmavi, İraqın Nüfus və Pasport Baş İdarəsinin rəisi Nəşat əl-Xafaci, İraq Daxili İşlər Nazirliyi sözçüsü Abbas əl-Bəhədli və digər rəsmi şəxslər iştirak ediblər. Səfir Məcid əl-Ləçmavi çıxışında, Türkiyəyə səfər üçün yeni elektron viza prosedurlarının artıq işə başladığını açıqlayıb. O bildirib ki, bu sistem İraqın Xarici İşlər və Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq nəticəsində yaradılıb.
Türkiyə Liviyalılar üçün yeni viza sisteminə keçib
Türkiyə Ticarət naziri Ömər Bolat, Liviyanın Nəqliyyat naziri Məhəmməd Salim əş-Şəhubi ilə Ankarada keçirilən görüşdə Liviyalı vətəndaşlar üçün yeni vizə sisteminin tətbiq edildiyini açıqlayıb. Nazir bildirib ki, 15 sentyabr 2025 tarixindən etibarən Liviyalılar üçün uzunmüddətli və çoxgirişli vizə proseduruna başlanılıb. Bolat, bu qərarın iki ölkə arasındakı iqtisadi, ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu sistem Liviyalıların Türkiyəyə gəlişini asanlaşdıracaq və əlaqələri gücləndirəcək.
Aİ nümayəndəsi ABŞ-a Fələstin vizalarını yenidən gözdən keçirməyi təklif edib
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının (BMT) təsisçi prinsiplərini əsas gətirərək ABŞ-ı Fələstin rəsmilərinə viza qadağasına yenidən baxmağa çağırıb.
Güc öldürdüyün insanların sayı ilə ölçülmür- Avstraliyanın Daxili İşlər naziri
Avstraliya hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunun ölkənin Baş naziri Antoni Albanizini “İsrailə xəyanət edən zəif siyasətçi” adlandırmasına sərt cavab verib. Avstraliyanın daxili işlər naziri Toni Berk dövlət televiziyası ABC-yə müsahibə verib.
ABŞ-da 6000-dən çox tələbənin vizası ləğv edilib
Dövlət Departamenti ilin əvvəlindən bu yana tələbələrin viza müddətinin pozulması, müxtəlif qanun pozuntuları və təhlükəsizliklə bağlı səbəblərə görə 6 mindən çox vizanın ləğv edildiyini təsdiqləyib. Rəsmi açıqlamada bildirilib ki, bu ləğvlərin böyük əksəriyyəti “hücum, sərxoş halda avtomobil idarəetmə, oğurluq və terrorizmə dəstək” kimi hallarla bağlıdır. Təxminən 4000 tələbənin vizası qanun pozuntularına görə, 200-300 nəfərin vizası isə “terrorla əlaqəli səbəblər” üzündən ləğv olunub.
Aİ Gürcüstana xəbərdarlıq edib
Avropa İttifaqı (Aİ), Gürcüstana onun verdiyi tövsiyələri avqust ayına qədər yerinə yetirmədiyi təqdirdə, ölkəyə qarşı vizasız rejimi dayandıra bilər.
Qırğızıstan vətəndaşları İsraildən Misir üzərindən təxliyə ediləcək
İsraildə yaşayan Qırğızıstan vətəndaşları bölgədəki təhlükəsizlik böhranı səbəbilə ölkəni Misir vasitəsilə tərk edə biləcəklər.
ABŞ tələbə vizalarını bərpa edib
ABŞ Dövlət Departamenti əcnəbi tələbələr üçün dayandırılmış viza müraciətləri prosesinin yenidən başladığını açıqlayıb.