12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu Qəzza şəhərinin işğalını dayandırmaq niyyətində deyil

İsrail mənbələrinin məlumatına görə, baş nazir Benyamin Netanyahu Qəzza şəhərinin işğalını dayandırmaq niyyətində deyil. Əsirlərin azad edilməsi üçün aparılan danışıqlar barədə açıqlamalarına baxmayaraq, o, bu məsələdə tələsmir. Əksinə, Netanyahu şəhərin işğalını sürətləndirmək və hətta əməliyyatın adının dəyişdirilməsi ilə bağlı ordu ilə mübahisəyə girib.

24 Avqust 2025 11:27
Netanyahu Qəzza şəhərinin işğalını dayandırmaq niyyətində deyil

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrail mənbələrinin məlumatına görə, baş nazir Benyamin Netanyahu Qəzza şəhərinin işğalını dayandırmaq niyyətində deyil. Əsirlərin azad edilməsi üçün aparılan danışıqlar barədə açıqlamalarına baxmayaraq, o, bu məsələdə tələsmir. Əksinə, Netanyahu şəhərin işğalını sürətləndirmək və hətta əməliyyatın adının dəyişdirilməsi ilə bağlı ordu ilə mübahisəyə girib.

AzerVoice xəbər verir ki, İsrail ordusu artıq Qəzza şəhərinin işğalına hazırlıqlara başlayıb. Dörd briqada şəhərin kənarlarında və ətraf məhəllələrdə təlimlər keçirir.

“Ümumi təəssürat odur ki, baş nazir əməliyyatı sona qədər aparmaqda qətiyyətlidir. Çünki anlayır ki, bu addım olmadan hökuməti bir yerdə saxlaya bilməyəcək və kabinet dağılacaq” - deyə, “Maariv” qəzetinə danışan hərbi mənbə bildirib.

Sentyabrın 2-də yay tətilinin başa çatmasından sonra qüvvələrin bərpası və ehtiyat hərbi hissələrin səfərbər edilməsi də əməliyyatlara tam hazırlığın göstəricisi kimi dəyərləndirilir.

Qeyd edək ki, İsrail televiziyasının məlumatına görə, ordu artıq “Gideonun arabaları 2” adlı planı icra etməyə başlayıb. Bu plan çərçivəsində Qəzza şəhərinin işğalına hazırlıq məqsədilə Zeytun və Cəbəliyə məhəllələrində hərbi fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulur.

Hazırda Qəzza zolağında vəziyyət son dərəcə gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar böhran getdikcə dərinləşir.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.