10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsveçdə İsrailin Qəzza siyasətinə qarşı etiraz aksiyası keçirib

İsveçin paytaxtı Stokholmda yüzlərlə insan İsrailin Qəzzadakı aclıq siyasətini və jurnalistləri hədəf almasına etiraz edib. AzerVoice xəbər verir ki, çox sayda vətəndaş cəmiyyəti təşkilatının çağırışı ilə Odenplan Meydanında toplanan yüzlərlə insan, 25 avqustda İsrailin Qəzza zolağının cənubundakı Xan Yunusda yerləşən Nasser Xəstəxanasına etdiyi hücumlar nəticəsində həlak olan jurnalistlərin simvolik tabutlarını və fotoşəkillərini daşıyıb.

30 Avqust 2025 18:55
Baku
İsveçdə İsrailin Qəzza siyasətinə qarşı etiraz aksiyası keçirib

BAKI, AzerVoice, Zeynəb Raminqızı

İsveçin paytaxtı Stokholmda yüzlərlə insan İsrailin Qəzzadakı aclıq siyasətinə və jurnalistləri hədəf almasına etiraz edib.

AzerVoice xəbər verir ki, çox sayda vətəndaş cəmiyyəti təşkilatının çağırışı ilə Odenplan Meydanında toplanan yüzlərlə insan, 25 avqustda İsrailin Qəzza zolağının cənubundakı Xan Yunusda yerləşən Nasser Xəstəxanasına etdiyi hücumlar nəticəsində həlak olan jurnalistlərin simvolik tabutlarını və fotoşəkillərini daşıyıb.

Etirazçılar əllərində “Fələstində uşaqlar və mülki insanlar aclıqdan ölür”, “Jurnalistika cinayət deyil”, “Jurnalistlər hədəf deyil” və “Xarici İşlər Nazirliyi jurnalistlərin öldürülməsinə son qoyun” yazılı plakatlar qaldırıb.

Qəzza zolağında ağır şərait və saysız-hesabsız təhlükələr altında çalışan jurnalistlər, həyatlarını riskə ataraq, baş verənləri işıqlandırmağa və həqiqəti çatdırmağa davam edirlər. Onlar təkcə bombardman və partlayış təhlükəsi ilə üzləşmirlər, həm də elektrik enerjisinin tam kəsilməsi, günəş panellərinin İsrail tərəfindən hədəfə alınaraq məhv edilməsi, internetin uzun müddət kəsilməsi və digər maneələrlə qarşı-qarşıyadırlar.

Müharibə başlayandan bəri Qəzzada 246 jurnalist həlak olub, çox sayda media nümayəndəsi isə yaralanıb. Onların arasında əllərini və ayaqlarını itirənlər, eləcə də iflic təhlükəsi ilə üz-üzə qalanlar var. “Beyt əl-Sahafa” qurumunun rəhbəri Hikmət Yusif bildirib ki, İsrail ordusu jurnalistləri məqsədli şəkildə hədəfə alır: “Bu sadəcə təsadüf deyil, Qəzzada jurnalistlər həqiqəti çatdırdıqları üçün qəsdən vurulurlar”.

Ciddi maneələr və psixoloji təzyiq

Jurnalistlər yalnız müharibənin gətirdiyi təhlükələrlə deyil, həm də internet və rabitənin kəsilməsi, nəqliyyatın çətinliyi, avadanlıq çatışmazlığı ilə mübarizə aparırlar. Müxbir Əməl əl-Vadiyə deyib: “İsrail interneti və rabitəni qəsdən kəsir ki, dünyaya Qəzzada baş verənlər çatmasın. Biz bəzən hadisə yerinə belə çata bilmirik”. O, həmçinin həmkarı, müxbir Məryəm Əbu Dəqqənin İsrailin Xən Yunisdəki Nəsir Tibb Kompleksinə hücumu zamanı qətlə yetirildiyini xatırladıb.

Ötən həftə həmin tibb mərkəzinə hücum zamanı 22 nəfər həyatını itirib, onların arasında 5 jurnalist də olub. Əvvəlcə ilk zərbə endirilib, daha sonra isə hadisə yerinə toplaşan jurnalistlər və tibbi heyət ikinci hücumun hədəfi olublar.

“Məqsəd – həqiqəti gizlətməkdir”

Müxbir Əşrəf Əbu Əmrə vurğulayıb ki, İsrailin əsas məqsədi “həqiqəti gizlətmək və görüntüləri susdurmaqdır”: “Oktyabrın 7-dən bəri İsrail jurnalistlərin varlığından narahatdır. Çünki biz onların cinayətlərini sənədləşdiririk və dünyaya göstəririk”. O qeyd edib ki, beynəlxalq media qurumlarının yerli jurnalistlərlə əməkdaşlığı İsrailin qəzəbinə səbəb olub və bu da hədəfli hücumların artmasına gətirib çıxarıb.

Dünyada ən qanlı müharibə müxbirlər üçün Qəzzada yaşanır

Mətbuat təşkilatlarının hesabatlarına görə, Qəzzadakı müharibə müasir dövrdə jurnalistlər üçün ən qanlı münaqişə sayılır. Müqayisə üçün: İkinci Dünya Müharibəsi dövründə 69, Vyetnam müharibəsində 63, Koreya müharibəsində isə 17 jurnalist həlak olmuşdu. Ukrayna-Rusiya müharibəsində indiyədək 17 media nümayəndəsi həyatını itirib. Ancaq Qəzzada cəmi iki il ərzində 250-yə yaxın jurnalistin öldürülməsi bu rəqəmləri dəfələrlə üstələyir.

Qurumlar və insan haqları təşkilatları baş verənləri hərbi cinayət kimi qiymətləndirir və jurnalistlərin müdafiəsi üçün təcili beynəlxalq tədbirlərin görülməsinə çağırırlar. Yaralı jurnalistlərin müalicə üçün təcili olaraq Qəzza xaricinə çıxarılması tələb olunur.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #İsveç #jurnalist #Qəzza münaqişəsi #İsrailə qarşı etirazlar #Etiraz aksiyası #Qəzza blokadası #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Jurnalistlərin hədəf alınması #Qəzzada jurnalistlərin ölümü #Fələstinli jurnalistlərin təhlükəsizliyi #Fələstin jurnalistlərinə qarşı hücumlar #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

19:35

Son Xəbərlər

Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.