13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Argentinada seçki sarsıntısı: Peronistlərin böyük qələbəsi, Mileinin uğursuzluğu

Argentinada 26 oktyabr 2025-ci ildə keçiriləcək parlament seçkiləri öncəsi mühüm göstərici hesab olunan Buenos Aires əyalət seçkilərində Peronist müxalifət böyük fərqlə qalib gəlib, prezident Xavyer Milei isə ağır məğlubiyyət yaşayaraq siyasi zərbə alıb.

8 Sentyabr 2025 09:47
Argentinada seçki sarsıntısı: Peronistlərin böyük qələbəsi, Mileinin uğursuzluğu

BAKI, AzerVoice, Fərid Mikayılov

Argentinada 26 oktyabr 2025-ci ildə keçiriləcək parlament seçkiləri öncəsi mühüm göstərici hesab olunan Buenos Aires əyalət seçkilərində Peronist müxalifət böyük fərqlə qalib gəlib, prezident Xavyer Milei isə ağır məğlubiyyət yaşayaraq siyasi zərbə alıb.

AzerVoice xəbər verir ki, Argentina Milli Seçki İdarəsinin (DINE) istinadən yaydığı xəbərə görə, səslərin 90 faizi açılıb.

Nəticələrə əsasən, Peronistlərin yaratdığı Fuerza Patria (Vətən Gücü) koalisiyası 47 faiz səs toplayıb. Prezident Mileinin rəhbərlik etdiyi La Libertad Avanza (İrəliləyən Azadlıq) hərəkatı isə 34 faizdə qalıb. Müxalifət 8 dairədən 6-da üstünlük əldə edib, iqtidar yalnız 2 dairədə nəticə qazana bilib.

Korrupsiya ittihamı ilə ev dustaqlığında saxlanılan, lakin hələ də Peronistlərin simvolik lideri olan sabiq prezident Kristina Fernandes de Kirçner, evinin önündə toplaşan dəstəkçilərinə eyvandan əl sallayıb.

Prezident Xavyer Milei seçkidən sonra açıqlamasında açıq şəkildə məğlub olduqlarını etiraf edib.

"Əgər yenidən qurmağa və irəliləməyə başlamaq istəyiriksə, əvvəlcə nəticələri qəbul etməliyik. Bu gün istədiyimiz mənzərə ortaya çıxmadı, geri addım atdıq və bunu qəbul etmək məcburiyyətindəyik"- deyə o bildirib.

Milei əlavə edib ki, hökumət nəticələri geniş təhlil edəcək və səhvlərdən nəticə çıxaracaq.

“Siyasi sahədə səhvlər etmişiksə, onları düzəldəcəyik və 26 oktyabr seçkilərində daha yaxşı nəticə əldə etməyə çalışacağıq”- deyə Milei vurğulayıb.

Mütəxəssislərin fikrincə, Buenos Airesdəki nəticələr Milei hökumətinin siyasi mövqeyini zəiflədir və onun islahat planları üçün daha dar imkanlar yaradır.

Məqalədə: #Argentina seçkiləri #Buenos Aires seçkiləri #Javier Milei məğlubiyyəti #Peronist müxalifət qələbəsi #Argentina parlament seçkiləri 2025 #Argentina siyasəti #Milei seçki şoku #Argentina siyasi böhranı #Buenos Aires seçki nəticələri

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.