4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail region sülhünə ən böyük təhdiddir – Əraqçi

İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Qətərə qarşı son hərbi hücumunu kəskin şəkildə pisləyərək, bu addımı regionda davam edən təcavüz siyasətinin bir hissəsi adlandırıb. Tunisdə keçirdiyi mətbuat konfransında çıxış edən Əraqçi İsraili “regionda sülh və təhlükəsizliyə ən böyük təhdid” adlandırıb və İslam ölkələrini kollektiv şəkildə hərəkət etməyə çağırıb.

11 Sentyabr 2025 11:17
İsrail region sülhünə ən böyük təhdiddir – Əraqçi

BAKI, AzerVoice, Fərid Mikayılov

İran xarici işlər naziri Abbas Əraqçi İsrailin Qətərə qarşı son hərbi hücumunu kəskin şəkildə pisləyərək, bu addımı regionda davam edən təcavüz siyasətinin bir hissəsi adlandırıb.

AzerVoice xəbər verir ki, Tunisdə keçirdiyi mətbuat konfransında çıxış edən Əraqçi İsraili “regionda sülh və təhlükəsizliyə ən böyük təhdid” adlandırıb və İslam ölkələrini kollektiv şəkildə hərəkət etməyə çağırıb.

“Fələstin, Yəmən və İranla yanaşı indi də Qətərə hücum edən İsrailin yaratdığı təhdid vahid qərar tələb edir. İslam ölkələri həm söz, həm də əməl ilə bu açıq cinayətlərə qarşı qəti mövqe sərgiləməlidir”- deyə o bildirib.

Nazir çıxışında Tunis hökumətinə də təşəkkür edərək, bu ölkənin İran xalqına açıq dəstəyini “aydın və qətiyyətli mövqe” kimi dəyərləndirib.

Əraqçi həmçinin ikitərəfli münasibətlərə də toxunaraq, İran və Tunis arasında ticarət, səhiyyə, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldiklərini açıqlayıb.

Səfərin əsas nəticələrindən biri kimi, tərəflər Tehranda İran–Tunis Birgə İqtisadi Komissiyasının 11 ildən sonra yenidən toplanmasına dair razılıq əldə ediblər.

Bu açıqlamalar İranın İsrailin regiondakı hərbi fəaliyyətlərinə qarşı sərt mövqeyini bir daha nümayiş etdirməklə yanaşı, Tehran–Tunis münasibətlərində yeni əməkdaşlıq perspektivlərinin formalaşdığını göstərir.

Məqalədə: #İsrail #İran #Fələstin #Tel-Əviv #Qətər #Doha #Yəmən #Tehran #İran XİN #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İsrailin İran hücumu #Doha partlayış #İsrail hücumu Qətər #İsrail Qətər gərginlik

Mövzu üzrə digər xəbərlər

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
Fələstin

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb

18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41

Son Xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.