12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran BMT-də İsrailin Qətərə hücumunu pisləyib

İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İravani İsrailin Qətərə qarşı son hərbi hücumunu “terrorçu təcavüz” adlandıraraq sərt şəkildə qınayıb. O, Tehranın beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində Qətərin özünümüdafiə haqqını dəstəklədiyini vurğulayıb.

12 Sentyabr 2025 11:53
İran BMT-də İsrailin Qətərə hücumunu pisləyib

BAKI, AzerVoice, Fərid Mikayılov

İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İravani İsrailin Qətərə qarşı son hərbi hücumunu “terrorçu təcavüz” adlandıraraq sərt şəkildə qınayıb.

AzerVoice xəbər verir ki, o, Tehranın beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində Qətərin özünümüdafiə haqqını dəstəklədiyini vurğulayıb.

İravani bəyanatda İsrailin hərbi əməliyyatlarının fələstinli və qətərli mülki şəxslərin həlak olması ilə nəticələndiyini qeyd edərək, bunun beynəlxalq hüququn və BMT prinsiplərinin açıq şəkildə pozulması olduğunu bildirib.

“İran, Qətərin vətəndaşlarını, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri siyasi, diplomatik və hüquqi addımlar atmaq haqqını tam şəkildə dəstəkləyir”- deyə Diplomat qeyd edib.

İranlı diplomat İsrailin Qəzza, Livan, Suriya, Yəmən və İrana qarşı əvvəlki hücumlarına diqqət çəkərək, Qətərə edilən son hücumu da bu aqressiv siyasətin davamı adlandırıb. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi İsrailin cəzasızlıq mühiti ilə yeni hücumlar həyata keçirməsinə yol açır.

“Əgər Şura bu gün də sükut etsə, sabah başqa bir ölkə də İsrailin təcavüz hədəfinə çevriləcək” – deyə İravani bildirib.

Bəyanatda Təhlükəsizlik Şurasından İsrailin hərbi təcavüzünü “sülhün pozulması və təcavüz aktı” kimi tanıyan, VII Fəsil çərçivəsində məcburi qətnamə qəbul etməsi tələb olunub. İran, həmçinin İsrailin Qətərin suverenliyinə qarşı hərəkətlərinə görə tam məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Məqalədə: #İsrail #İran #BMT #Tel-Əviv #Qətər #Doha #Tehran #BMT Təhlükəsizlik Şurası #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #BMT Təhlükəsizlik Şurası və İran #Əmir Səid İravani

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.