5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ və Avropanın BMT TŞ qətnamələrini bərpa cəhdi qanunsuzdur - İran

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ dəstəyi ilə Avropa ölkələrinin İrana qarşı BMT Təhlükəsizlik Şurası (TŞ) qətnamələrini bərpa etmək təşəbbüsünü yenidən sərt tənqid edib. Bəqai bildirib ki, üç Avropa ölkəsinin JCPOA (2015-ci il nüvə sazişi) üzrə mübahisə mexanizmindən sui-istifadəsi heç bir hüquqi nəticə doğurmur və 2231 saylı qətnamə mətninə əsasən müəyyən olunmuş tarixdə – 18 oktyabr 2025-ci ildə – qüvvədən düşməlidir.

29 Sentyabr 2025 12:12
ABŞ və Avropanın BMT TŞ qətnamələrini bərpa cəhdi qanunsuzdur - İran

BAKI,AzerVoice, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ dəstəyi ilə Avropa ölkələrinin İrana qarşı BMT Təhlükəsizlik Şurası (TŞ) qətnamələrini bərpa etmək təşəbbüsünü yenidən sərt tənqid edib.

AzerVoice xəbər verir ki, o, bu addımı əsassız və qanunsuz adlandırıb.

Bəqai bildirib ki, üç Avropa ölkəsinin JCPOA (2015-ci il nüvə sazişi) üzrə mübahisə mexanizmindən sui-istifadəsi heç bir hüquqi nəticə doğurmur və 2231 saylı qətnamə mətninə əsasən müəyyən olunmuş tarixdə – 18 oktyabr 2025-ci ildə – qüvvədən düşməlidir.

Nazirlik sözçüsü ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın BMT sanksiyalarını bərpa etmək cəhdlərini əsassız və hüquqi baxımdan etibarsız adlandırıb. Onun sözlərinə görə, BMT TŞ-nin təxminən yarısı, o cümlədən iki daimi üzv ölkə, bu addımı “qanuni və legitim” hesab etmir.

Bəqai vurğulayıb ki, 15 Şura üzvündən 6-sının İrana qarşı qətnamələrin bərpasını dəstəkləməməsi bu məsələdə ciddi fikir ayrılığını ortaya qoyur.

İran rəsmiləri uzun müddətdir ki, Avropa ölkələrinin “snapback mexanizmini” işə salmaq hüququ olmadığını bildirirlər. Tehran xatırladır ki, ABŞ-ın 2018-ci ildə JCPOA-dan birtərəfli çıxışından sonra Avropa tərəfi də öhdəliklərini pozub. Buna cavab olaraq İran nüvə sazişindəki öhdəliklərini mərhələli şəkildə azaltdığını bəyan edib.

Məqalədə: #Almaniya #Avropa #BMT #ABŞ #Fransa #Böyük Britaniya #BMT TŞ #Tehran #İran XİN #İsmayıl Bəqai #JCPOA #JCPOA razılaşması #BMT Təhlükəsizlik Şurası və İran #Trampın İran siyasəti və JCPOA

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

18:45
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran

İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ

18:20
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
İran

ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran

18:12

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.