6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistanda terror hücumu nəticəsində səkkiz nəfər həyatını itirib

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərində terror aktı törədilib. Məlumata görə, partlayıcı maddə yerləşdirilmiş avtomobillə həyata keçirilən hücumda təhlükəsizlik qüvvələrinin qərargahı hədəf alınıb. Pakistan rəsmiləri ilkin məlumatlara əsasən, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildiriblər.

30 Sentyabr 2025 13:49
Pakistanda terror hücumu nəticəsində səkkiz nəfər həyatını itirib

BAKI, AzerVoice, Nailə Babazadə

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərində terror aktı törədilib. Məlumata görə, partlayıcı maddə yerləşdirilmiş avtomobillə həyata keçirilən hücumda təhlükəsizlik qüvvələrinin qərargahı hədəf alınıb.

AzerVoice xəbər verir ki, Pakistan rəsmiləri ilkin məlumatlara əsasən, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildiriblər.

Əyalətin polis rəsmilərinin açıqlamasına görə, Kvetta şəhərində yerləşən təhlükəsizlik qüvvələri qərargahının qarşısında baş verən partlayışdan öncə dörd silahlı şəxs avtomobillə əraziyə gələrək, maşından düşüb təhlükəsizlik qüvvələrinə atəş açıblar. Daha sonra avtomobilə yerləşdirilən bombanı partladıblar.

Bəlucistanın baş naziri Mir Sarfraz Buqti hadisə ilə bağlı verdiyi açıqlamada hücumu qətiyyətlə pislədiyini və təhlükəsizlik qüvvələrinin hər dörd hücumçunu zərərsizləşdirdiyini qeyd edib.

Qeyd edək ki, Pakistanda silahlı hücumlar əsasən Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmlənib. Hər iki bölgədə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı dəstələr, həm təhlükəsizlik qüvvələrini, həm də dinc əhalini hədəf alırlar.

İslamabad rəhbərliyi Pakistan Talibançı Hərəkatının (TTP) hücumlarını Əfqanıstandakı mövqelərindən təşkil etdiyini bildirir. Lakin Əfqanıstan hakimiyyəti bu iddiaları rədd edir.

Bəlucistanda isə son illərdə daha çox Bəlucistan Azadlıq Ordusunun (BLA) hücumları diqqət çəkir. BLA, Bəlucistanın Pakistandan ayrılaraq müstəqil olması və bəluc xalqının bu bölgəni idarə etməsi tələbi ilə çıxış edir.

Məqalədə: #Pakistan #terror aktı #terrorçu #terror üzvləri #Pakistan Xalq Partiyası (PPP) #Pakistan hərbi cavab

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

2 Sentyabr 09:41
Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib
Qətər

Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

1 Sentyabr 18:47

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.