4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan və Əfqanıstan arasında atəşkəs barədə razılıq əldə olunub - Qətər

Qətər Xarici İşlər Nazirliyi bazar günü bəyan edib ki, Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı “dərhal atəşkəs” barədə razılıq əldə olunub. Bu razılaşma, əvvəlki atəşkəsin pozulmasından sonra Pakistanın hava zərbələri nəticəsində azı 10 nəfərin ölümü ilə nəticələnən toqquşmalardan sonra əldə edilib.

19 Oktyabr 2025 11:22
Pakistan və Əfqanıstan arasında atəşkəs barədə razılıq əldə olunub - Qətər

BAKI,AzerVoice

Qətər Xarici İşlər Nazirliyi bazar günü bəyan edib ki, Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı “dərhal atəşkəs” barədə razılıq əldə olunub. Bu razılaşma, əvvəlki atəşkəsin pozulmasından sonra Pakistanın hava zərbələri nəticəsində azı 10 nəfərin ölümü ilə nəticələnən toqquşmalardan sonra əldə edilib.

Nazirliyin açıqlamasında bildirilib ki, tərəflər atəşkəsin dərhal qüvvəyə minməsi və ölkələr arasında uzunmüddətli sülh və sabitliyi təmin etmək üçün mexanizmlərin yaradılması barədə razılaşıblar.

Pakistanın müdafiə naziri Xəvacə Məhəmməd Asif “X” platformasında (keçmiş “Twitter”) paylaşım edərək iki Cənubi Asiya ölkəsi arasında atəşkəs razılaşmasına nail olunduğunu açıqlayıb. Onun sözlərinə görə, tərəflər 25 oktyabrda İstanbulda yenidən görüşərək “ətraflı məsələləri” müzakirə edəcəklər.

Qətər XİN əlavə edib ki, Türkiyə ilə birgə vasitəçilik etdiyi danışıqlardan sonra keçiriləcək növbəti görüşlər “atəşkəsin davamlılığını və etibarlı şəkildə yerinə yetirilməsini təmin etmək” məqsədi daşıyır.

Pakistan və Əfqanıstan, son aylarda onlarla insanın ölümü və yüzlərlə nəfərin yaralanması ilə nəticələnən toqquşmalardan sonra gərginliyin azaldılması istiqamətində addımlar atmağa çalışır. Danışıqlara Pakistan tərəfdən Xəvacə Asif, Əfqanıstan tərəfdən isə müdafiə naziri Məhəmməd Yaqub rəhbərlik edib.

Son aylarda iki ölkə arasındakı 2600 kilometrlik mübahisəli sərhəd boyunca gərginlik artıb. Pakistan, Əfqanıstan hökumətini “Pakistan ərazisinə hücum edən silahlı qrupları cilovlamamaqda” ittiham edir və bu hücumların Əfqanıstan ərazisindən həyata keçirildiyini bildirir.

Taliban hökuməti isə bu ittihamları rədd edərək, Pakistan ordusunu yanlış məlumat yaymaqda, sərhəddə gərginlik yaratmaqda və “İŞİD-lə əlaqəli qrupları sığınacaqla təmin etməkdə” günahlandırır.

Cümə günü Pakistan-Əfqanıstan sərhədi yaxınlığında baş vermiş intihar hücumu nəticəsində 7 Pakistan əsgəri həlak olub, 13 nəfər yaralanıb.

Pakistan ordusunun baş komandanı Asim Münir şənbə günü hərbi məzuniyyət mərasimində çıxış edərək: “Əfqanıstan rejimi, Pakistan daxilində dəhşətli hücumlar həyata keçirən və Əfqanıstan torpaqlarından istifadə edən agentlərini cilovlamalıdır.”-deyə bildirib.

Məqalədə: #Pakistan #Qətər #Doha #Əfqanıstan #Qətər XİN #Pakistan-Əfqanıstan sərhədi #Xavaca Asif #Pakistan və Əfqanıstan #Xəvacə Məhəmməd Asif

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib
Qətər

Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

2 Sentyabr 19:11

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.