6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya İsraildən 2 milyard avroluq silah alacaq

Almaniya, İsrail ilə 2 milyard avro dəyərində yeni silah müqaviləsi imzalayıb. İsrailin “Haaretz” nəşrinin məlumatına görə, Almaniya, İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spike” tank əleyhinə raket sistemlərini almağa hazırlaşır. Müqavilə “Rafael”in Avropadakı tərəfdaşı “EuroSpike” vasitəsilə imzalanıb və NATO-nun Təchizat Agentliyi (NSPA) tərəfindən həyata keçiriləcək.

21 Oktyabr 2025 19:26
Almaniya İsraildən 2 milyard avroluq silah alacaq

BAKI,AzerVoice, Orxan Qədirzadə

Almaniya, İsrail ilə 2 milyard avro dəyərində yeni silah müqaviləsi imzalayıb.

AzerVoice xəbər verir ki, İsrailin “Haaretz” nəşrinin məlumatına görə, Almaniya, İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spike” tank əleyhinə raket sistemlərini almağa hazırlaşır. Müqavilə “Rafael”in Avropadakı tərəfdaşı “EuroSpike” vasitəsilə imzalanıb və NATO-nun Təchizat Agentliyi (NSPA) tərəfindən həyata keçiriləcək.

Rəsmi məlumatlara əsasən, “EuroSpike” müqaviləsi yalnız raketlərin alınmasını deyil, həm də sistemin istismar müddəti ərzində texniki xidmət, kalibrasiya, təlim və sənədləşmə daxil olmaqla dəstək mexanizmini də əhatə edir. NATO Təchizat və Dəstək Agentliyinin sənədlərinə görə, bu müqavilə son illərin ən böyük silah tədarük razılaşmalarından biri hesab olunur.

Alman hökumətinin parlament sorğusuna cavabında bildirilib ki, 2025-ci ildə “Spike” müqaviləsindən kənar olaraq Alman ordusu İsrail şirkətlərindən ümumilikdə 315 milyon avro dəyərində silah alıb. Bu rəqəm son dörd ildə İsrail silahlarına xərclənən ümumi məbləğdən daha çoxdur.

Qeyd edək ki, Almaniyanın bu addımı Qəzza ilə bağlı davam edən atəşkəs danışıqları fonunda atılıb. Berlinin bu razılaşması, İsrailin beynəlxalq səviyyədə tənqid edildiyi bir dövrdə Təl-Əvivə hərbi-siyasi dəstəyin açıq göstəricisi kimi dəyərləndirilir.

Məqalədə: #İsrail #Almaniya #Haaretz (qəzet) #Rafael şirkəti #NATO-nun Təchizat Agentliyi (NSPA) #EuroSpike

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.