6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS VƏ Fəth Misirdə Trampın Qəzza planını müzakirə edib

Misirin paytaxtı Qahirədə “HƏMAS” və “Fəth” nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə atəşkəs sazişinin ikinci mərhələsi və Qəzza zolağının gələcək idarəçiliyi ilə bağlı məsələlər müzakirə olunub. Misir kəşfiyyatının vasitəçiliyi ilə keçirilən danışıqlar “müsbət atmosferdə” keçib. Xüsusilə Qəzzanın idarəçiliyi və hakimiyyətin ötürülməsi məsələlərində tərəflərin mövqelərinin yaxınlaşdığı bildirilir.

25 Oktyabr 2025 18:55
HƏMAS VƏ Fəth Misirdə Trampın Qəzza planını müzakirə edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

HƏMAS VƏ Fəth hərəkatı Misirin paytaxtı Qahirədə Trampın Qəzza planını müzakirə edib.

AzerVoice xəbər verir ki, Misirin paytaxtı Qahirədə “HƏMAS” və “Fəth” nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə atəşkəs sazişinin ikinci mərhələsi və Qəzza zolağının gələcək idarəçiliyi ilə bağlı məsələlər müzakirə olunub.

Misir kəşfiyyatının vasitəçiliyi ilə keçirilən danışıqlar “müsbət atmosferdə” keçib. Xüsusilə Qəzzanın idarəçiliyi və hakimiyyətin ötürülməsi məsələlərində tərəflərin mövqelərinin yaxınlaşdığı bildirilir.

Görüşdə iştirak edən Fələstin Dövlətinin Prezident köməkçisi Hüseyn əş-Şeyx yaxın günlərdə Qahirədə planlaşdırılan geniş milli dialoqa hazırlıq məqsədilə prezident Mahmud Abbasa məruzə təqdim edəcək.

Görüşdə müzakirə edilən əsas məsələlərə Qəzzada müvəqqəti idarə heyətinin yaradılması, yenidənqurma prosesinə beynəlxalq nəzarət mexanizminin qurulması və atəşkəsin BMT-nin himayəsi altında monitorinqi daxildir.

Tərəflər həmçinin Fələstin milli birliyinin bərpası və Fələstin Azadlıq Təşkilatının (FAT) bütün fraksiyalarını əhatə edən yeni siyasi strategiya üzərində razılığa gəlməyin vacibliyini vurğulayıblar.

Həmçinin Qahirə də Fələstinli tərəfləri birləşdirməyə yönəlmiş təzyiqləri artırıb.

Görüşlə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində 20 ildən artıqdır həbsdə olan fələstinli siyasətçi Mərvan əl-Bərqusinin azad olunması məsələsini nəzərdən keçirdiyini bildirib.

HƏMAS və digər fələstinli qruplarla yaxşı əlaqələrə sahib olan Əl-Bərqusinin sərbəst buraxılması Fələstin fraksiyalarını birləşdirə biləcək mühüm addım kimi qiymətləndirilir.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #Əl-Qəssam Briqadaları #Fəth hərəkatı #Trampın Qəzza planı #Qəzzada humanitar böhran #Fələstin Azadlıq Təşkilatı (FAT) #Mərvan əl-Bərqusi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.