9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Sudanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib

İran İslam Respublikası Sudanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edib. Əraqçi Sudanın Darfur bölgəsində yerləşən Əl-Fəşir şəhərində son günlərdə mülki əhaliyə qarşı həyata keçirilən hücumları pisləyib və dinc sakinlərin ölümü ilə nəticələnən zorakılıqlardan narahatlıq ifadə edib.

1 Noyabr 2025 10:25
İran Sudanın ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edib

BAKI,AzerVoice

İran İslam Respublikası Sudanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edib.

AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Sudanlı həmkarı Mohi El-Din Salimlə keçirdiyi telefon danışığı zamanı bildirib.

Əraqçi Sudanın Darfur bölgəsində yerləşən Əl-Fəşir şəhərində son günlərdə mülki əhaliyə qarşı həyata keçirilən hücumları pisləyib və dinc sakinlərin ölümü ilə nəticələnən zorakılıqlardan narahatlıq ifadə edib.

Nazir, Tehranın Sudanın qanuni hökumətini dəstəkləməyə davam edəcəyini və ölkə xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı Sudan xarici işlər naziri Mohi El-Din Salim ölkədəki son vəziyyət barədə məlumat verib və İrana göstərilən siyasi dəstəyə görə təşəkkür edib.

Tərəflər İran–Sudan münasibətlərinin inkişafından məmnunluq ifadə edərək, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində iradə nümayiş etdiriblər.

Məqalədə: #İran #Sudan #Tehran #İran XİN #Abbas Əraqçi #Mohi El-Din Salim #İran–Sudan münasibətləri

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.