11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zöhrab Mamdani miqrantlara ICE qarşısında hüquqlarını xatırladıb

Nyu-Yorkun seçilmiş meri Zöhrab Mamdani federal miqrasiya agentliyinin (ICE) son reydindən sonra şəhərin immiqrantlarına “susmaq və ICE ilə əməkdaşlıq etməmək hüququna” sahib olduqlarını açıqlayıb. O, sosial şəbəkədə paylaşdığı videoda üç milyon immiqrantın təhlükəsizliyinin şəhər administrasiyası üçün prioritet olduğunu deyib.

8 Dekabr 2025 19:14
Zöhrab Mamdani miqrantlara ICE qarşısında hüquqlarını xatırladıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

Nyu-Yorkun seçilmiş meri Zöhrab Mamdani federal miqrasiya agentliyinin (ICE) son reydindən sonra şəhərin miqrantlarına “susmaq və ICE ilə əməkdaşlıq etməmək hüququna” sahib olduqlarını açıqlayıb. O, sosial şəbəkədə paylaşdığı videoda üç milyon miqrantın təhlükəsizliyinin şəhər administrasiyası üçün prioritet olduğunu deyib.

AzerVoice xəbər verir ki, Mamdani videomüraciətində immiqrantların ICE agentləri ilə danışmaqdan imtina edə biləcəyini, onları müdaxilə etmədən çəkə biləcəyini və agentlərin xüsusi məkanlara daxil olmaq tələblərini rədd etmək hüququna malik olduğunu bildirib. Onun sözlərinə görə, ICE yalnız hakim imzası olan order təqdim etdikdə evə, məktəbə və ya iş yerinin qapalı sahəsinə daxil ola bilər.

Mamdani əlavə edib ki, ICE əməkdaşlarının “yalan danışması qanuni sayılsa da”, saxlanılan şəxslər hər zaman “Mən buradan gedə bilərəmmi?” sualını təkrarlaya bilərlər. O, yanvarın 1-də mer kimi and içəcək.

Açıqlama bir həftə əvvəl Manhattanın Canal Street ərazisində ICE-in reyd keçirməsi zamanı etiraz aksiyalarının təşkil olunmasından sonra verilib. Həmin ərazidə ötən ilin oktyabrında keçirilən analoji əməliyyat da kütləvi etirazla qarşılanmışdı.

“Nyu-York həmişə miqrantların şəhəri olacaq və mən hər gün onların müdafiəsi üçün mübarizə aparacağam,” — deyə Mamdani videoda bildirib.

O, bir neçə həftə əvvəl Ağ Evdə Prezident Donald Trampla görüşmüşdü.

Xatırladaq ki, Tramp administrasiyası hazırda bir neçə ABŞ şəhərində federal miqrasiya əməliyyatları keçirir.

Məqalədə: #Zohra Mamdani Nyu-York immiqrantlarına ICE qarşı hüquqları izah etdi #Nyu-Yorkun yeni meri: ICE ilə danışmamaq hüququnuz var #Mamdani: ICE yalnız orderlə evə daxil ola bilər #NYC Mayor-elect Zohran Mamdani reminds immigrants of their rights against ICE #Mamdani: Immigrants have the right to refuse ICE questioning #ICE raids prompt NYC mayor-elect to issue rights warning #Будущий мэр Нью-Йорка Зохран Мамдани рассказал иммигрантам об их правах перед ICE #Иммигранты имеют право не разговаривать с ICE — Мамдани #После рейда ICE Мамдани призвал защищать права иммигрантов #Мамдани напомнил иммигрантам их права перед ICE #ICE не может войти без ордера — заявление мэра-электа

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.