14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniya Netanyahu barədə həbs qərarına görə məhkəməyə təzyiq göstərir - BCM baş prokuroru

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan Böyük Britaniya hökumətinin İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarı çıxarılması istiqamətində atılan addımlar davam edəcəyi təqdirdə məhkəməni maliyyə baxımından cəzalandırmaqla hədələdiyini iddia edib.

12 Dekabr 2025 19:02
Britaniya Netanyahu barədə həbs qərarına görə məhkəməyə təzyiq göstərir - BCM baş prokuroru

BAKI, AzerVoice, Orxan Qədirzadə

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan Böyük Britaniya hökumətinin İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarı çıxarılması istiqamətində atılan addımlar davam edəcəyi təqdirdə məhkəməni maliyyə baxımından cəzalandırmaqla hədələdiyini iddia edib.

AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, Kərim Xan BCM-yə təqdim etdiyi rəsmi ərizədə Netanyahunun mühakimə olunması təşəbbüsünü müdafiə etdiyini və bu səbəbdən Londondan birbaşa təzyiqlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Böyük Britaniya hakimiyyəti BCM-nin Netanyahu barədə həbs orderi çıxarmağa davam edəcəyi halda, məhkəmənin maliyyələşdirilməsini dayandırmaq və Roma Statutundan çıxmaq ehtimalını gündəmə gətirib.

Xan bildirib ki, 23 aprel 2024-cü il tarixində yüksək vəzifəli britaniyalı rəsmi ilə bu mövzuda görüş keçirib. O, rəsminin adını açıqlamasa da, “The Guardian” həmin şəxsin o dövrdə Böyük Britaniyanın xarici işlər naziri olmuş Devid Kemeron ola biləcəyini yazıb.

Baş prokuror əlavə edib ki, 2024-cü ilin aprelində ABŞ rəsmisi tərəfindən də xəbərdarlıq alıb. Bildirilib ki, Netanyahu barəsində həbs qərarlarının verilməsi “ciddi və dağıdıcı nəticələrə” səbəb ola bilər.

Məqalədə: #Londonun BCM-yə təzyiq iddiası: Netanyahu işi fonunda gərginlik #Kərim Xan Böyük Britaniyanın BCM-ni hədələdiyini açıqlayıb #Netanyahu işi üzrə beynəlxalq hüquq müstəvisində yeni qalmaqal #Прокурор МУС заявил о давлении Великобритании из-за дела Нетаньяху #Лондон якобы угрожал МУС из-за ордера на арест премьер-министра Израиля #Дело Нетаньяху вызвало напряжённость вокруг Международного уголовного суда #ICC prosecutor claims UK threatened court over Netanyahu arrest warrant #London accused of pressuring ICC amid Netanyahu case #Netanyahu probe sparks allegations of political pressure on ICC

Mövzu üzrə digər xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.