6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

ABŞ-də yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar şəbəkəsi yaratmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin albomundan ABŞ Prezidenti Donald Trampın da yer aldığı 19 yeni fotoşəkil ictimaiyyətə açıqlanıb. Fotoşəkillər ABŞ Konqresinin Nəzarət və Hesabatlılıq Komitəsinin demokrat üzvləri tərəfindən paylaşılıb. Kadrlarda Trampdan başqa onun sabiq müşaviri Stiv Bennon, keçmiş ABŞ Prezidenti Bill Klinton, milyarder iş adamı Bill Geyts və digər yüksək profilli şəxslərin də yer aldığı bildirilib.

12 Dekabr 2025 22:37
ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-də yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar şəbəkəsi yaratmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin albomundan ABŞ Prezidenti Donald Trampın da yer aldığı 19 yeni fotoşəkil ictimaiyyətə açıqlanıb.

AzerVoice xəbər verir ki, fotoşəkillər ABŞ Konqresinin Nəzarət və Hesabatlılıq Komitəsinin demokrat üzvləri tərəfindən paylaşılıb. Kadrlarda Trampdan başqa onun sabiq müşaviri Stiv Bennon, keçmiş ABŞ Prezidenti Bill Klinton, milyarder iş adamı Bill Geyts və digər yüksək profilli şəxslərin də yer aldığı bildirilib.

Məlumata görə, fotoşəkillər Epşteynin malikanəsində çəkilib və ona məxsus elektron poçt ünvanından əldə edilib. ABŞ mediası yayımlanan 19 yeni kadrın Epşteynin həmin şəxslərlə keçmiş əlaqələrini və “xüsusi münasibətlər” qurduğunu göstərdiyini yazır.

Komitənin yaydığı materiallar arasında üzərində Prezident Trampın üz təsviri olan və 4,5 dollar qiymət etiketi göstərilən prezervativlər də yer alıb. Bu görüntülər ABŞ mediasında və sosial şəbəkələrdə geniş rezonans doğurub.

Digər bir fotoşəkildə isə Trampın, üzləri komitə tərəfindən gizlədilmiş altı qadınla birlikdə görüntüləndiyi qeyd olunur. Kadrlarda şəkillərin dəqiq olaraq nə vaxt, harada və kim tərəfindən çəkildiyi hələlik açıqlanmayıb.

Paylaşılan materiallarda həmçinin Bill Klintonun Epşteyn və onun yaxın silahdaşı Gisleyn Maksuell ilə birlikdə görüntüləri, eləcə də Şahzadə Endryu, Bill Geyts və Harvard Universitetinin sabiq rektoru Lerri Samers kimi şəxslərin Epşteynin malikanəsində olduğu anlar yer alır.

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Robert Qarsia bildirib ki, Epşteynə məxsus mülklərdən əldə edilən son sənədlər 95 mindən çox fotoşəkli əhatə edir və bu materiallarda Epşteynlə əlaqədə olmuş “zəngin və nüfuzlu kişilərin, eləcə də minlərlə qadının görüntüləri” mövcuddur.

Məqalədə: #Epşteyn işi: Trampın yer aldığı yeni fotolar ictimaiyyətə açıqlanıb #ABŞ Konqresi Epşteynə aid yeni foto materialları yayımlayıb #Epşteyn qalmaqalı yenidən gündəmdə: tanınmış simalar fotolarda #В США опубликованы новые фотографии из альбома Эпштейна с участием Трампа #Конгресс США обнародовал 19 новых снимков #связанных с делом Эпштейна #Скандал вокруг Эпштейна: в кадрах известные политические фигуры #New Epstein album photos featuring Trump released in the US #US Congress publishes 19 new images linked to Jeffrey Epstein #Epstein scandal resurfaces as new photos emerge

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.