10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə üzvü Andryus Kubilyus bildirib ki, Rusiya qarşıdakı 3-4 il ərzində Avropa İttifaqı ölkələrinə qarşı real hərbi qarşıdurmaya hazır vəziyyətə gələ bilər.

13 Dekabr 2025 22:32
Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

BAKI, AzerVoice, Orxan Qədirzadə

Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə üzvü Andryus Kubilyus bildirib ki, Rusiya qarşıdakı 3-4 il ərzində Avropa İttifaqı ölkələrinə qarşı real hərbi qarşıdurmaya hazır vəziyyətə gələ bilər.

AzerVoice xəbər verir ki, İtaliyanın paytaxtı Romada səfərdə olan Kubilyus müdafiə naziri Guido Krozetto ilə görüşdən sonra La Stampa qəzetinə müsahibəsində qeyd edib ki, Rusiya iqtisadiyyatı faktiki olaraq hərbi iqtisadiyyata çevrilib və bu, Avropa üçün strateji təhlükə yaradır.

Kubilyusun sözlərinə görə, Avropa xüsusi xidmət orqanları Rusiyanın yaxın illərdə Aİ-na qarşı real hərbi qarşıdurma imkanına malik olacağı barədə açıq xəbərdarlıq edir. O vurğulayıb ki, əsas risklərdən biri Moskvanın potensial təcavüz təhlükəsidirsə, digər risk ABŞ-nin Avropanın müdafiəsində daha az məsuliyyət daşımaq istəməsidir.

Avropa Komissiyası üzvü bildirib ki, dondurulmuş Rusiya aktivləri Ukraynanın hərbi və büdcə ehtiyaclarının maliyyələşdirilməsi üçün əsas mənbələrdən biri ola bilər.

Kubilyus əlavə edib ki, mümkün Rusiya hücumu halında Aİ və NATO 2022-ci ildən etibarən real döyüş təcrübəsi qazanmış Rusiya ordusu ilə üz-üzə qala bilər. Onun sözlərinə görə, Avropada real döyüş təcrübəsinə malik yeganə tərəf Ukraynadır.

Bu baxımdan o, Avropanın müdafiə potensialının gücləndirilməsi üçün Ukraynanın praktiki döyüş imkanlarının Avropa təhlükəsizlik sisteminə inteqrasiya edilməsinin vacibliyini qeyd edib. Kubilyus Böyük Britaniya, Norveç və Ukraynanı əhatə edən yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasını da mümkün variant kimi dəyərləndirib.

Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına toxunan Avropa rəsmisi bildirib ki, Ukraynanı zəif mövqedə qoyacaq istənilən razılaşma gələcəkdə Rusiyanın yeni təcavüzünü asanlaşdıra bilər.

Məqalədə: #Avropa Komissiyası: Rusiya 3–4 ilə Aİ-yə qarşı hərbi əməliyyatlara hazır ola bilər #Kubilyus: Rusiya Avropanı real hərbi qarşıdurmaya çəkə bilər #Aİ rəsmisi Rusiyadan mümkün hərbi təhdid barədə xəbərdarlıq edib #Еврокомиссия: Россия может быть готова к военным действиям против ЕС через 3–4 года #Кубилюс предупредил о риске военной конфронтации России с Европой #В ЕС заявили о возможной угрозе со стороны России в ближайшие годы #EU defense chief signals growing Russian military threat #European Commission: Russia preparing for potential conflict with EU

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.