12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese və Qəzza zolağında fəaliyyət göstərən həkimlər 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərilib. Bu barədə Avropa Parlamentinin Sloveniyadan olan üzvü Matyaj Nemets X sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, namizədlik Norveç Nobel Komitəsinə Avropa Parlamentinin Strasburqdakı sessiyası çərçivəsində rəsmi şəkildə təqdim olunub.

16 Dekabr 2025 21:36
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese və Qəzza zolağında fəaliyyət göstərən həkimlər 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərilib.

AzerVoice-un məlumatına görə, bu barədə Avropa Parlamentinin Sloveniyadan olan üzvü Matyaj Nemets X sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, namizədlik Norveç Nobel Komitəsinə Avropa Parlamentinin Strasburqdakı sessiyası çərçivəsində rəsmi şəkildə təqdim olunub.

Nemetsin sözlərinə görə, Françeska Albanesenin və Qəzzada çalışan həkimlərin namizədliyi 33 ölkədən, o cümlədən Braziliya, Cənubi Afrika, Kanada, Avstraliya, Yeni Zelandiya və Böyük Britaniyadan olan təxminən 300 nüfuzlu şəxs tərəfindən dəstəklənib.

Deputat vurğulayıb ki, bu namizədlik “ən çətin şəraitdə əsas insani dəyərləri müdafiə edən insanların cəsarətinə, səylərinə və qətiyyətinə hörmətin ifadəsidir” və siyasi fikir ayrılıqlarını aşan sülhə töhfə kimi qiymətləndirilməlidir.

Matyaj Nemets Françeska Albanesenin beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinə diqqət çəkərək, onun İsrail və ABŞ tərəfindən tətbiq edilən sanksiyalara, eləcə də ciddi siyasi təzyiqlərə baxmayaraq, mandatını yerinə yetirməyə davam etdiyini bildirib.

Onun sözlərinə görə, Albanese beynəlxalq hüquq sisteminin qorunmasının vacibliyini ardıcıl şəkildə müdafiə edir və bu mövqeyi ilə İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq hüquq nizamının əhəmiyyətini xatırladır.

Açıqlamada Qəzza zolağında çalışan həkimlərin də fəaliyyəti xüsusi qeyd olunub. Nemets bildirib ki, həkimlər — o cümlədən Hüssam Əbu Safiyə və Sara əl-Sakka - silahlı münaqişə şəraitində həyatlarını riskə ataraq tibbi xidmət göstərməyə davam edirlər.

Deputat vurğulayıb ki, Qəzzada səhiyyə infrastrukturu faktiki olaraq dağıdılıb və əsas ehtiyac vasitələrinin ciddi çatışmazlığı mövcuddur. Buna baxmayaraq, həkimlər hər gün insan həyatını xilas edərək humanizm, həmrəylik və sülh dəyərlərinə sadiq qalırlar.

Məqalədə: #BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib #Françeska Albanese və Qəzza həkimləri Nobel Sülh Mükafatı üçün irəli sürülüb #Avropa Parlamentindən Nobel Sülh Mükafatı təşəbbüsü #Спецдокладчик ООН по Палестине выдвинута на Нобелевскую премию мира #Франческа Альбанезе и врачи Газы номинированы на премию мира #В Европарламенте поддержали номинацию Альбанезе #UN Special Rapporteur on Palestine nominated for Nobel Peace Prize #Francesca Albanese and Gaza doctors put forward for 2026 Nobel Peace Prize #European lawmakers back Nobel Peace Prize nomination #Françeska Albanese Nobel Sülh Mükafatına namizəd olub #Qəzza həkimləri Nobel mükafatına təqdim edilib

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.