9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniyada açıqlanan sənədlər Toni Bleyerin İraq müharibəsində iştirak etmiş britaniyalı hərbçilərin məhkəməsinə təsir göstərdiyi iddialarını gündəmə gətirib

Böyük Britaniyanın Milli Arxivində açıqlanan yeni hökumət sənədləri keçmiş baş nazir Toni Bleyerin İraq müharibəsi dövründə iraqlı mülki şəxslərə qarşı zorakılıqda ittiham olunan britaniyalı hərbçilərin mülki və beynəlxalq məhkəmələrdə mühakimə olunmasının qarşısını almaq üçün təzyiq göstərdiyini ortaya qoyur.

2 Yanvar 2026 20:39
Britaniyada açıqlanan sənədlər Toni Bleyerin İraq müharibəsində iştirak etmiş britaniyalı hərbçilərin məhkəməsinə təsir göstərdiyi iddialarını gündəmə gətirib

BAKI, AzerVocie, Orxan Qədirzadə

Böyük Britaniyanın Milli Arxivində açıqlanan yeni hökumət sənədləri keçmiş baş nazir Toni Bleyerin İraq müharibəsi dövründə iraqlı mülki şəxslərə qarşı zorakılıqda ittiham olunan britaniyalı hərbçilərin mülki və beynəlxalq məhkəmələrdə mühakimə olunmasının qarşısını almaq üçün təzyiq göstərdiyini ortaya qoyur.

AzerVocie-un məlumatına görə, 2005-ci ilə aid sənədlərdə Bleyerin beynəlxalq instansiyaların, o cümlədən International Criminal Court-in (ICC) Böyük Britaniyanın İraqdakı hərbi əməliyyatlarını araşdırmamasını “zəruri” hesab etdiyi qeyd olunur. O, yazılı qeydlərində britaniyalı hərbçilərin yalnız hərbi məhkəmələr çərçivəsində mühakimə olunmasını vacib sayıb.

Sənədlər göstərir ki, bu mövqe 2003-cü ildə Bəsrədə britaniyalı hərbçilərin nəzarətində olarkən həyatını itirən iraqlı mülki şəxs Baha Musa işi ilə bağlı müzakirələr fonunda səsləndirilib. Qeyd olunur ki, Bleyer bu cür işlərin mülki məhkəmələrə və ya beynəlxalq hüquq müstəvisinə çıxarılmasına qəti şəkildə qarşı olub.

Politoloqların fikrincə, bu yanaşma Bleyerin həm ictimai rəyi, həm də İraq müharibəsinin legitimliyinə dair artan tənqidlərin qarşısını almaq məqsədi daşıyıb. Mütəxəssislər bildirir ki, keçmiş baş nazir hərbi məhkəmələri daha “az cəzalandırıcı” mexanizm kimi qiymətləndirib və ordunun müharibə zonalarında fəaliyyət qabiliyyətinə xələl gəlməsini istəməyib.

Xatırladaq ki, Böyük Britaniya ABŞ-ın rəhbərliyi altında 2003-cü ildə İraqa hərbi müdaxiləyə qoşulub. Sonradan yayımlanan Çilkot hesabatı müharibənin əsaslandırılmasında istifadə olunan kütləvi qırğın silahları ilə bağlı kəşfiyyat məlumatlarının əsassız olduğunu təsdiqləyib. Bununla yanaşı, insan hüquqları təşkilatları müharibə dövründə britaniyalı hərbçilər tərəfindən yüzlərlə iraqlının işgəncəyə məruz qaldığını sənədləşdirib.

ICC 2014-cü ildə Böyük Britaniyanın İraqdakı fəaliyyəti ilə bağlı istintaqı yenidən açsa da, 2020-ci ildə prosesi dayandıraraq milli məhkəmə mexanizmlərinin istintaqı əngəllədiyini sübut edən kifayət qədər dəlil olmadığını açıqlayıb. Bu qərar bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən tənqid edilib.

Məqalədə: #Böyük Britaniya #Beynəlxalq Cinayət Məhkəməsi #Toni Bleyer İraq müharibəsi sənədləri #Britaniya ordusunun İraqdakı hərbi cinayətləri #Baha Musa işi Böyük Britaniya #İraq müharibəsində insan hüquqları pozuntuları #ICC Britaniya istintaqı #İraq müharibəsi və siyasi məsuliyyət #Britaniyalı hərbçilərin mühakiməsi #İngiltere askerleri Irak işkence iddiaları #Baha Mousa davası #ICC İngiltere soruşturması #Irak savaşı insan hakları ihlalleri #İngiliz ordusu savaş suçları

Mövzu üzrə digər xəbərlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Digər Dövlətlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb

20:44
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Digər Dövlətlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb

20:28
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
Digər Dövlətlər

ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir

19:45

Son Xəbərlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.