4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kolumbiya suverenliyi heç bir xarici təhdidlə sarsıdıla bilməz - Kolumbiya lideri

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın açıqlamaları və ABŞ dövlət katibi Marko Rubionun mövqeyi ilə bağlı sərt bəyanatla çıxış edib. Petro bildirib ki, Trampın ingilis dilində səsləndirdiyi fikirlərin Kolumbiya mətbuatında necə tərcümə olunduğunu dəqiqləşdirdikdən sonra mövzuya münasibət bildirəcək və “qanunsuz təhdid” kimi qiymətləndirilən açıqlamaların real məzmunu aydınlaşmadan cavab verməyəcək.

5 Yanvar 2026 16:25
Kolumbiya suverenliyi heç bir xarici təhdidlə sarsıdıla bilməz - Kolumbiya lideri

BAKI, AzerVoice, Fərid Mikayılov

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın açıqlamaları və ABŞ dövlət katibi Marko Rubionun mövqeyi ilə bağlı sərt bəyanatla çıxış edib.

AzerVoice xəbər verir ki, bu barədə Kolumbiya lideri rəsmi X hesabında paylaşım edib.

Petro bildirib ki, Trampın ingilis dilində səsləndirdiyi fikirlərin Kolumbiya mətbuatında necə tərcümə olunduğunu dəqiqləşdirdikdən sonra mövzuya münasibət bildirəcək və “qanunsuz təhdid” kimi qiymətləndirilən açıqlamaların real məzmunu aydınlaşmadan cavab verməyəcək.

O, Marko Rubionun Kolumbiya hakimiyyəti ilə bağlı səsləndirdiyi iddiaları qəti şəkildə təkzib edərək, bu açıqlamaların “tamamilə yanlış” olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rubionun mövqeyi Kolumbiyada ailəvi və ya kommersiya əlaqələri narkotik mafiyası ilə bağlı olan siyasi qrupların maraqlarına xidmət edir və məqsəd ABŞ–Kolumbiya münasibətlərini pozmaqdır. Petro bildirib ki, bu cür ssenari qlobal miqyasda kokain ticarətinin artmasına gətirib çıxara bilər.

Petro narkotiklərlə mübarizə sahəsində görülən tədbirlərə də toxunaraq bildirib ki, onun göstərişi ilə dünya tarixində ən iri kokain müsadirələrindən biri həyata keçirilib, koka yarpağı əkinlərinin artımı dayandırılıb və könüllü əkinlərin əvəzlənməsi proqramı çərçivəsində 30 min hektar sahə nəzarətə götürülüb. Prezident həmçinin əvvəlki hökumətlərin dövründə genişlənən və “kokainin Wall Street-i” adlandırılan Plateado (Kauka) bölgəsində dövlət nəzarətinin bərpa edildiyini açıqlayıb.

Kolumbiya lideri vurğulayıb ki, əməliyyatlar beynəlxalq humanitar hüquq normalarına uyğun aparılır və narkotik şəbəkələrinə tabe olan silahlı qrupların əsas rəhbərləri zərərsizləşdirilir. O xəbərdarlıq edib ki, kifayət qədər kəşfiyyat məlumatı olmadan aparılan bombardmanlar mülki itkilərə, xüsusilə uşaqların ölümünə səbəb ola bilər və bu, yeni silahlı qarşıdurmalar yaradar.

Prezident Petro paylaşımında Kolumbiya xalqına güvəndiyini bildirib və hər hansı qanunsuz zorakı addıma qarşı suverenliyin qorunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, silahlı qüvvələrə Konstitusiyaya uyğun şəkildə yalnız ölkənin suverenliyini müdafiə etmək tapşırığı verilib.

Bəyanatını “Kolumbiya əbədi azad olacaq” sözləri ilə yekunlaşdıran Petro özünü “xalqın komandiri” kimi təqdim edib.

Məqalədə: #ABŞ #Donald Tramp #Venesuela #Nikolas Maduro #Kolumbiya #Qustava Petro #Marko Rubio #Kolumbiya–ABŞ münasibətləri #Kolumbiya suverenliyi

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.