6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Starlink İranda ödənişsiz elan edildi

Amerikalı milyarder İlon Maska məxsus Space X şirkəti İranda peyk internet xidməti Starlink üçün abunə haqqını ləğv edib. Qərar İran hakimiyyətinin ölkə üzrə interneti tam bloklamasından sonra qəbul olunub. İranda Starlink qəbuledicilərinin istifadəsi rəsmi şəkildə qadağandır. Buna baxmayaraq, fəallar yüksək riskə baxmayaraq avadanlıqları qaçaq yollarla ölkəyə keçirirlər. Əhmədianın qiymətləndirməsinə görə, hazırda İranda 50 mindən çox Starlink qurğusu mövcuddur.

14 Yanvar 2026 20:11
Starlink İranda ödənişsiz elan edildi

BAKI,AzerVoice, Orxan Qədirzadə

Amerikalı milyarder İlon Maska məxsus Space X şirkəti İranda peyk internet xidməti Starlink üçün abunə haqqını ləğv edib. Qərar İran hakimiyyətinin ölkə üzrə interneti tam bloklamasından sonra qəbul olunub.

AzerVoice xəbər verir ki, bu barədə məlumatı Holistic Resilience təşkilatının icraçı direktoru Əhməd Əhmədianın açıqlamasına bildirib. O Starlink xidmətinin İranda hazırda ödənişsiz olduğunu təsdiqləyib.

İranda Starlink qəbuledicilərinin istifadəsi rəsmi şəkildə qadağandır. Buna baxmayaraq, fəallar yüksək riskə baxmayaraq avadanlıqları qaçaq yollarla ölkəyə keçirirlər. Əhmədianın qiymətləndirməsinə görə, hazırda İranda 50 mindən çox Starlink qurğusu mövcuddur.

Qeyri-leqal tədarükün xüsusilə 2022-ci ildən sonra artdığı bildirilir. Həmin dövrdə ABŞ-ın keçmiş prezidenti Co Bayden Amerika şirkətlərinə iranlılara rabitə vasitələri təqdim etmək üçün sanksiyalardan istisna tanımış, bundan sonra İlon Mask Starlink peyk şəbəkəsini İran üzərində aktivləşdirmişdi.

Əhmədianın sözlərinə görə, etirazların ilk günlərindən ölkənin müxtəlif bölgələrindən videolar yayılmağa başlayıb.

“İnsanlar Starlink ötürmə qabiliyyətini bölüşmək üçün üsullar tapır, İran xaricindəki ailə üzvləri ilə əlaqə qurmağa imkan verən sistemlər yaradırdılar.”

Hüquq-müdafiə təşkilatları bildirir ki, İran təhlükəsizlik qurumları Starlink siqnallarının boğulması və istifadəçilərin izlənməsi üzərində aktiv işləyir. Miaan Group təşkilatının məlumatına görə, son günlərdə “casusluq və sabotaj üçün istifadə edilən elektron avadanlıqların böyük partiyası”, o cümlədən Starlink qəbulediciləri müsadirə edilib.

Xatırladaq ki, 28 dekabrda başlayan etirazlar iqtisadi böhran və milli valyutanın kəskin dəyər itirməsi fonunda genişlənib. 8 yanvarda İran hökuməti ölkə üzrə interneti tam söndürərək “ağ siyahılar” əsasında fəaliyyət göstərəcək qapalı milli internet sistemi yaratdığını açıqlayıb.

Bundan sonra ABŞ prezidenti Donal Tramp İlon Maskdan iranlılar üçün rabitənin bərpasına kömək etməsini xahiş etdiyini bildirib. Ağ Evdə İrana qarşı daha sərt addımların, o cümlədən hava zərbələrinin də müzakirə edildiyi barədə məlumatlar yayılıb.

Iran satellite internet access, Starlink Iran protests, Elon Musk digital support Iran, Iran internet blackout workaround

Məqalədə: #Starlink İran’da ücretsiz oldu #Elon Musk’tan İranlılara ücretsiz uydu interneti #İran interneti kapattı #Starlink devrede #Protestolar sürerken Starlink adımı #Uydu interneti İran’da yayılıyor #Starlink İranda abunə haqqını ləğv etdi #İlon Maskdan İran üçün ödənişsiz peyk interneti #İran interneti kəsdi #Starlink pulsuz oldu #Starlink etirazlar fonunda İranda aktivləşdirildi #ABŞ-dan İran etirazçılarına rəqəmsal dəstək

Mövzu üzrə digər xəbərlər

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.