14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ İran rəhbərliyinin ölkədən kütləvi maliyyə vəsaitləri çıxardığını iddia edib

İranda bütün əyalətləri əhatə edən genişmiqyaslı etirazlar fonunda ölkə rəhbərliyinin gizli şəkildə böyük həcmdə maliyyə vəsaitlərini respublikadan çıxardığı bildirilir. ABŞ tərəfi bu prosesin artıq sistemli xarakter aldığını və beynəlxalq maliyyə kanalları vasitəsilə həyata keçirildiyini açıqlayıb.

15 Yanvar 2026 18:45
ABŞ İran rəhbərliyinin ölkədən kütləvi maliyyə vəsaitləri çıxardığını iddia edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

İranda bütün əyalətləri əhatə edən genişmiqyaslı etirazlar fonunda ölkə rəhbərliyinin gizli şəkildə böyük həcmdə maliyyə vəsaitlərini respublikadan çıxardığı bildirilir. ABŞ tərəfi bu prosesin artıq sistemli xarakter aldığını və beynəlxalq maliyyə kanalları vasitəsilə həyata keçirildiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Newsmax televiziya kanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda milyonlarla, hətta on milyonlarla dollar İran rəhbərliyi tərəfindən qeyri-qanuni yollarla ölkədən çıxarılaraq dünyanın müxtəlif bölgələrində banklara və maliyyə qurumlarına yönləndirilir.

ABŞ maliyyə naziri bildirib ki, Vaşinqton bu əməliyyatları həm ənənəvi bank sistemi, həm də rəqəmsal maliyyə mexanizmləri vasitəsilə izləyir. O vurğulayıb ki, sözügedən aktivlər nəzarətdə saxlanılacaq və onların təhlükəsiz şəkildə gizlədilməsinə imkan verilməyəcək.

Bessentin sözlərinə görə, ABŞ administrasiyası İran hakimiyyətinə qarşı təzyiqləri əsasən neft ixracına tətbiq edilən məhdudiyyətlər vasitəsilə artırır. Bu siyasət İran rəhbərliyinin maliyyə mənbələrinin kəsilməsinə yönəlib. Nazir qeyd edib ki, son bir ay ərzində ölkədə ciddi maliyyə böhranı müşahidə olunur, banklar müflis olur, inflyasiya sürətlə artır və sərt valyuta çatışmazlığı yaranıb.

Xatırladaq ki, İranda kütləvi etirazlar 28 dekabr 2025-ci il tarixində başlayıb və 1979-cu il inqilabından sonra ən genişmiqyaslı aksiyalar kimi qiymətləndirilir. Etirazlara səbəb kəskin qiymət artımı, yüksək inflyasiya və milli valyutanın dəyərdən düşməsi olub. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, aksiyalar zamanı 2500-dən çox insan həlak olub, ölkədə isə artıq bir həftədir internetə çıxış məhdudlaşdırılıb.

Bundan əvvəl “The Times” qəzeti kəşfiyyat məlumatlarına istinadən yazmışdı ki, İranın ali dini lideri Əli Xameneyi etirazların nəzarətdən çıxacağı halda təxliyə planı hazırlayıb. Məlumata görə, bu plan çərçivəsində onun yaxın çevrəsindən, o cümlədən ailə üzvləri və köməkçilərindən ibarət təxminən 20 nəfərin ölkəni tərk etməsi nəzərdə tutulur.

Məqalədə: #ABŞ İran rəhbərliyinin ölkədən milyonlarla dollar çıxardığını bildirir #İranda etirazlar fonunda kütləvi kapital axını qeydə alınıb #Vaşinqton İranın maliyyə vəsaitlərini izlədiyini açıqladı #ABŞ: İran hakimiyyəti pulları gizli yollarla ölkədən çıxarır #İranda maliyyə böhranı dərinləşir – ABŞ rəsmisi #Etirazlar İran iqtisadiyyatında ciddi sarsıntı yaradıb #ABD İran yönetiminin ülkeden yüklü miktarda para çıkardığını açıkladı #İran’daki protestolar sermaye kaçışını hızlandırdı #Washington İran’ın mali varlıklarını takip ediyor #ABD’ye göre İran’da finansal çöküş derinleşiyor #İran yönetimi parayı yurt dışına aktarıyor iddiası #Protestolar İran ekonomisini sarsıyor

Mövzu üzrə digər xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.