9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

SEPAH ABŞ və İsraili “səhv hesablamalardan” çəkinməyə çağırdı

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur ABŞ və İsrailə hər hansı “səhv hesablamalara” yol verməmələri barədə sərt xəbərdarlıq edib. Məhəmməd Pakpur SEPAH-ın Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişlərini yerinə yetirməyə tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, İran silahlı qüvvələrinin hazırlıq səviyyəsi əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Komandan qeyd edib ki, “düşmən keçmişdən dərs çıxarmalıdır, əks halda daha ağrılı nəticələrlə üzləşə bilər”.

22 Yanvar 2026 18:14
SEPAH ABŞ və İsraili “səhv hesablamalardan” çəkinməyə çağırdı
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur ABŞ və İsrailə hər hansı “səhv hesablamalara” yol verməmələri barədə sərt xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, Məhəmməd Pakpur SEPAH-ın Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişlərini yerinə yetirməyə tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, İran silahlı qüvvələrinin hazırlıq səviyyəsi əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Komandan qeyd edib ki, “düşmən keçmişdən dərs çıxarmalıdır, əks halda daha ağrılı nəticələrlə üzləşə bilər”.

Bundan əvvəl İran parlamentində Ali Rəhbər Əli Xameneiyə qarşı hər hansı hücumun “müharibə elanı” kimi qiymətləndiriləcəyi və belə bir halda “cihad” fətvasının verilə biləcəyi barədə bəyanatlar səsləndirilib. Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına istinadən yayılan məlumatda bildirilib ki, Ali Rəhbərin hədəfə alınması din xadimlərinin cihad çağırışı etməsinə və dünyanın müxtəlif bölgələrindəki tərəfdarların buna cavab verməsinə səbəb ola bilər.

Bu bəyanatlar beynəlxalq təzyiqlərin artdığı, eləcə də ölkə daxilində etiraz aksiyalarına qarşı təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyi bir dövrdə səsləndirilib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneini ölkədə baş verən proseslərə görə məsuliyyət daşımaqda ittiham edərək, İranda yeni lider axtarmağın vaxtının çatdığını bildirmişdi.

Məqalədə: #SEPAH ABŞ və İsraili səhv addımlardan çəkindirdi #İran SEPAH-ından Vaşinqton və Tel-Əvivə xəbərdarlıq #Pakpur: SEPAH Ali Baş Komandanın əmrlərinə hazırdır #İran ordusu ABŞ və İsrailə sərt mesaj verdi #SEPAH-dan xəbərdarlıq: səhv hesablamalar ağır nəticələr doğura bilər #Tehran ABŞ və İsrailə qarşı mövqeyini sərtləşdirir #İran Devrim Muhafızları ABD ve İsrail’i uyardı #SEPAH’tan Washington ve Tel Aviv’e sert mesaj #İran ordusu olası yanlış hesaplamalara karşı uyardı #Pakpur: Devrim Muhafızları emirlere hazır #İran’dan ABD ve İsrail’e açık uyarı #SEPAH’tan gerilimi artıran açıklama

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
Digər Dövlətlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək

18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

18:25
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Digər Dövlətlər

Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir

18:11
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.