6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Karninin ABŞ-ı tənqidindən sonra Tramp Kanadanı “Sülh Şurası”ndan kənarlaşdırıb

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karninin yeni yaradılan “Sülh Şurası”na qoşulması ilə bağlı dəvətini geri götürüb və bu addım iki ölkə arasında gərginliyi daha da artırıb. Trampın qərarı Karninin Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ-ın “Amerika əvvəlcə” siyasətini və qaydalara əsaslanan beynəlxalq nizamın dağıdılmasını açıq şəkildə tənqid etməsindən sonra verilib. Karninin çıxışı Vaşinqtonun yeni xarici siyasət kursuna qarşı açıq çağırış kimi qiymətləndirilib.

24 Yanvar 2026 02:00
Karninin ABŞ-ı tənqidindən sonra Tramp Kanadanı “Sülh Şurası”ndan kənarlaşdırıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karninin yeni yaradılan “Sülh Şurası”na qoşulması ilə bağlı dəvətini geri götürüb və bu addım iki ölkə arasında gərginliyi daha da artırıb.

AzerVoice xəbər verir ki, Trampın qərarı Karninin Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ-ın “Amerika əvvəlcə” siyasətini və qaydalara əsaslanan beynəlxalq nizamın dağıdılmasını açıq şəkildə tənqid etməsindən sonra verilib. Karninin çıxışı Vaşinqtonun yeni xarici siyasət kursuna qarşı açıq çağırış kimi qiymətləndirilib.

ABŞ Prezidenti Tramp özünün “Truth Social” platformasında paylaşdığı mesajda Karnini məlumatlandıraraq bildirib ki, Kanada “dünyanın ən nüfuzlu liderlərini bir araya gətirəcək” “Sülh Şurası”na artıq dəvət olunmur. Ağ Evə yaxın mənbələrə görə, bu addım Karninin Davosdakı sərt ritorikasına birbaşa cavab xarakteri daşıyır.

Məlumata əsasən, Tramp administrasiyası ən azı 50 ölkəni “Sülh Şurası”na dəvət edib və bu qurumu qlobal münaqişələrin həlli üçün Birləşmiş Millətlər Təşkilatına alternativ platforma kimi formalaşdırmağı planlaşdırır. Lakin daimi üzvlük üçün 1 milyard dollar ödəniş tələbi və Trampın Şura üzərində geniş səlahiyyətlər əldə etməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Kanada mediası yazır ki, Mark Karni ilkin mərhələdə Şuraya qoşulmağa meyilli olub, lakin maliyyə şərtləri və Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts kimi liderlərin imtinasından sonra mövqeyini dəyişib. Trampın dəvəti geri çəkməsi isə Vaşinqton–Ottava münasibətlərində yeni diplomatik gərginlik mərhələsi kimi qiymətləndirilir.

Analitiklər bildirirlər ki, bu addım ABŞ və Kanada arasında ticarət, təhlükəsizlik və regional əməkdaşlıq sahələrinə də mənfi təsir göstərə bilər. Xüsusilə ABŞ–Meksika–Kanada Azad Ticarət Sazişinin gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin artdığı vurğulanır.

Məqalədə: #Tramp Kanadanın Sülh Şurasına dəvətini geri götürdü #Davos çıxışı ABŞ–Kanada münasibətlərini gərginləşdirdi #Amerika əvvəlcə tənqidi Kanadanı Şuradan kənarda qoydu #Trampdan Kanadaya siyasi mesaj: dəvət ləğv edildi #ABŞ-la Kanada arasında yeni diplomatik böhran #Sülh Şurası ətrafında qalmaqal böyüyür #Trump Kanada’yı Barış Konseyi’nden çıkardı #Davos konuşması ABD-Kanada krizine yol açtı #Trump’tan Kanada’ya diplomatik rest #Kanada Barış Konseyi dışında kaldı #ABD ile Kanada arasında yeni gerilim #Trump’ın kararı Ottawa’da tepki yarattı

Mövzu üzrə digər xəbərlər

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.