8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukraynada elektriklər kəsilib

Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla bir sıra şəhərlərdə genişmiqyaslı elektrik enerjisi kəsintiləri qeydə alınıb. Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında bildirib ki, enerji təchizatının dayanması səbəbindən paytaxt metrosunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

31 Yanvar 2026 15:15
Ukraynada elektriklər kəsilib

BAKI,AzerVoice, Fərid Mikayılov

Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla bir sıra şəhərlərdə genişmiqyaslı elektrik enerjisi kəsintiləri qeydə alınıb.

AzerVoice xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında bildirib ki, enerji təchizatının dayanması səbəbindən paytaxt metrosunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Onun sözlərinə görə, metro stansiyaları hazırda ehtiyat enerji mənbələri hesabına sığınacaq kimi istifadə olunur.

Kliçko qeyd edib ki, oxşar fasilələr ölkənin digər şəhərlərində də müşahidə edilir. Yerli medianın məlumatına görə, Kiyev və ətraf bölgələrdə su təchizatında da problemlər yaranıb.

Ukraynanın baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal açıqlamasında bildirib ki, Rumıniya və Moldova enerji sistemləri arasındakı 400 kilovoltluq xəttlə Ukraynanın qərb və mərkəzi hissələrini birləşdirən 750 kilovoltluq xəttin eyni vaxtda sıradan çıxması texniki nasazlığa səbəb olub.

Nazirin sözlərinə görə, bu hadisə elektrik şəbəkəsində mərhələli kəsintilərə və yarımstansiyalarda avtomatik qoruma sistemlərinin işə düşməsinə gətirib çıxarıb. Nəticədə bəzi atom elektrik stansiyalarının blokları müvəqqəti olaraq dayandırılıb.

Məqalədə: #Ukrayna #Kiyev #Kiyev enerji böhranı #Ukrayna metrosu dayandırıldı #texniki nasazlıq enerji xətləri #atom elektrik stansiyası dayandı #Ukraynada su kəsilməsi

Mövzu üzrə digər xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Digər Dövlətlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub

20:18
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
Digər Dövlətlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio

19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.