6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya Ukraynanın energetika infrastrukturuna zərbələri bərpa edib

Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna hücumları bərpa etməsi nəticəsində bir sıra bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb.Ukraynanın energetika nazirinin birinci müavini Artyom Nekrasovun açıqlamasına görə, hücumlar nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkası vilayətlərində istehlakçılar işıqsız qalıb. Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunmayıb.

2 Fevral 2026 19:34
Rusiya Ukraynanın energetika infrastrukturuna zərbələri bərpa edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna hücumları bərpa etməsi nəticəsində bir sıra bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb.

AzerVoice xəbər verir ki, Ukraynanın energetika nazirinin birinci müavini Artyom Nekrasovun açıqlamasına görə, hücumlar nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkası vilayətlərində istehlakçılar işıqsız qalıb. Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunmayıb.

Məlumata əsasən, Kiyev şəhəri və Kiyev vilayətində də elektrik çatışmazlığı davam edir. Enerji sistemində sabitlik təmin edildikdən sonra paytaxtda proqnozlaşdırılan saatlıq elektrik kəsintisi qrafiklərinə qayıdılması planlaşdırılır.

Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti bildirib ki, hücumlar nəticəsində zədələnmiş enerji obyektlərində bərpa işləri davam etdirilir və enerji sisteminin dayanıqlı fəaliyyəti üçün bütün mümkün tədbirlər görülür.

Qeyd edilir ki, zərbələrin bərpa olunması ilə bağlı məlumatlar müvəqqəti “enerji atəşkəsi” barədə açıqlamalar fonunda yayılıb. ABŞ prezidenti Donald Tramp daha əvvəl Rusiya prezidenti Vladimir Putinin anomal soyuq hava şəraiti ilə əlaqədar olaraq bir həftə müddətinə Kiyev və digər Ukrayna şəhərlərinə zərbələrdən çəkinməyə razılaşdığını bildirmişdi.

Kreml razılaşmanın mövcudluğunu təsdiqləsə də, onun müddətinin 1 fevrala qədər olduğunu açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski isə Moskva ilə Kiyev arasında enerji atəşkəsi ilə bağlı birbaşa razılaşmanın olmadığını bəyan edib.

Zelenski vurğulayıb ki, Ukrayna Rusiyanın da eyni addımı atacağı təqdirdə Rusiya energetika obyektlərinə zərbələrdən çəkinməyə hazırdır. Onun sözlərinə görə, razılaşmanın qüvvədə olduğu dövrdə Ukraynanın enerji infrastrukturuna qarşı məqsədli raket və pilotsuz uçuş aparatları ilə hücumlar qeydə alınmayıb.

Məqalədə: #Rusiya Ukraynanın energetika infrastrukturuna hücumları bərpa etdi #Ukraynada enerji böhranı dərinləşir: yeni bölgələr işıqsız qaldı #Enerji atəşkəsi fonunda Rusiyanın zərbələri yenidən başladı #Kiyev və regionlarda elektrik enerjisi qıtlığı davam edir #Ukrayna energetikası yenidən hücum hədəfinə çevrildi #Rusiya zərbələri Ukraynada genişmiqyaslı kəsintilərə səbəb oldu #Rusya Ukrayna’nın enerji altyapısına saldırıları yeniden başlattı #Ukrayna’da elektrik kesintileri yeniden arttı #Enerji ateşkesi tartışmaları sürerken saldırılar devam ediyor #Rusya’nın enerji saldırıları Ukrayna’yı karanlıkta bıraktı #Kiev ve bölgelerde enerji krizi derinleşiyor #Ukrayna enerji tesisleri yeniden hedef alındı

Mövzu üzrə digər xəbərlər

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.