12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığından sonra açıqlama verərək, rəsmi Dehlinin Rusiyadan neft idxalını dayandırmağa razılıq verdiyini bildirib. Trampın sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli ticarət, gömrük tarifləri və regional məsələləri müzakirə ediblər. ABŞ prezidenti qeyd edib ki, Modi Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dan, eləcə də ehtimal ki, Venesueladan daha çox neft almağa razılaşıb.

2 Fevral 2026 21:52
Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft alışını dayandırmaq qərarı verdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığından sonra açıqlama verərək, rəsmi Dehlinin Rusiyadan neft idxalını dayandırmağa razılıq verdiyini bildirib. Trampın sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli ticarət, gömrük tarifləri və regional məsələləri müzakirə ediblər. ABŞ prezidenti qeyd edib ki, Modi Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dan, eləcə də ehtimal ki, Venesueladan daha çox neft almağa razılaşıb.

Tramp bu addımın Rusiya–Ukrayna müharibəsinin sona çatmasına töhfə verə biləcəyini vurğulayaraq, qərardan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Hindistanın Moskva ilə enerji əməkdaşlığını məhdudlaşdırması regional və qlobal proseslərə təsir göstərəcək.

ABŞ prezidenti həmçinin bildirib ki, Hindistanla münasibətlərdə müsbət dinamikanı nəzərə alaraq, Vaşinqton Dehliyə tətbiq olunan gömrük tariflərini 25 faizdən 18 faizə endirəcək. Tramp qeyd edib ki, Hindistan da qarşılıqlı addım olaraq ABŞ məhsullarına tətbiq edilən gömrük rüsumlarını sıfıra endirəcək.

Açıqlamada vurğulanıb ki, Hindistan ABŞ-dan enerji, texnologiya, kənd təsərrüfatı, kömür və digər sahələr üzrə ümumilikdə 500 milyard dollar həcmində məhsul almağı öhdəsinə götürüb. Analitiklərin fikrincə, bu razılaşmalar ABŞ–Hindistan iqtisadi əlaqələrinin genişlənməsinə və Rusiyanın enerji bazarındakı mövqelərinə təsirin artmasına səbəb ola bilər.

Məqalədə: #v #ABŞ Hindistana gömrük tarifələrini azaldır #Hindistan Rusiyadan neft alışını dayandırmağa razılaşıb #Tramp–Modi danışığı: enerji və ticarət razılaşması #ABŞ–Hindistan münasibətlərində yeni mərhələ #Rusiyaya enerji zərbəsi: Hindistan qərarını açıqladı #Trump: Hindistan Rusya’dan petrol alımını durduruyor #ABD Hindistan’a uygulanan tarifeleri düşürdü #Modi Rusya’dan petrol alımını kesmeyi kabul etti #Trump–Modi görüşmesinde kritik enerji kararı #ABD–Hindistan ticaretinde yeni dönem #Rusya’ya enerji darbesi: Hindistan geri çekiliyor

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.