13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampdan Si Cinpinlə telefon danışığı aparıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı apardığını açıqlayıb. Donald Tramp telefon danışığında ticarət, hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfər, Tayvan ətrafındakı vəziyyət, Rusiya–Ukrayna müharibəsi, İranla bağlı proseslər, eləcə də Çinin ABŞ-dan neft, təbii qaz və kənd təsərrüfatı məhsulları idxalı kimi mövzuların müzakirə edildiyini bildirib.

4 Fevral 2026 20:36
Trampdan Si Cinpinlə telefon danışığı aparıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı apardığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Donald Tramp telefon danışığında ticarət, hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfər, Tayvan ətrafındakı vəziyyət, Rusiya–Ukrayna müharibəsi, İranla bağlı proseslər, eləcə də Çinin ABŞ-dan neft, təbii qaz və kənd təsərrüfatı məhsulları idxalı kimi mövzuların müzakirə edildiyini bildirib.

Trampın sözlərinə görə, Çin tərəfi cari mövsüm üçün ABŞ-dan soya paxlası alışını 20 milyon tona çatdırmaq imkanını dəyərləndirir. Gələn mövsüm üçün isə bu göstəricinin 25 milyon ton səviyyəsində olacağına dair öhdəlik ifadə olunub. Danışıqlarda həmçinin aviasiya mühərriklərinin tədarükü və digər iqtisadi məsələlər də müsbət mühitdə müzakirə edilib.

Donald Tramp qeyd edib ki, Çinlə münasibətlər və şəxsən Si Cinpinlə qurulan əlaqələr yüksək səviyyədədir. Onun fikrincə, qarşıdakı üç il ərzində ABŞ–Çin münasibətlərində çoxsaylı müsbət nəticələr əldə olunacaq.

Qeyd olunur ki, bu telefon danışığı Çin liderinin Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi təmasdan dərhal sonra baş tutub. Çin mətbuatının məlumatına görə, Si Cinpin Putinlə söhbətində beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi dövrdə məsul böyük dövlətlər kimi birgə fəaliyyətin vacibliyini vurğulayıb. Rusiya prezidenti isə Moskvanın Pekinlə BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS çərçivəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

Məqalədə: #Trump #Tramp Si Cinpinlə tarixi telefon danışığını açıqladı #ABŞ–Çin münasibətlərində yeni mərhələ: Tramp danışdı #Trampdan Çin lideri ilə görüşə dair son açıqlama #ABŞ və Çin arasında yüksək səviyyəli təmas #Tramp: Çinlə münasibətlər son dərəcə müsbətdir #ABŞ–Çin dialoqu beynəlxalq gündəmi əhatə etdi #Şi Cinping ile verimli bir telefon görüşmesi yaptığını açıkladı #ABD–Çin ilişkilerinde dikkat çeken temas #Trump’tan Çin lideriyle görüşmeye dair açıklama #ABD ve Çin arasında üst düzey telefon diplomasisi #Trump: Çin ile ilişkiler çok güçlü #ABD–Çin diyaloğunda yeni gelişme

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.