6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistan ABŞ-la 80 milyard dollarlıq nəhəng tədarük razılaşmasını açıqlayıb

Hindistan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində iri həcmli ticarət və tədarük razılaşması üzrə mühüm detallar ictimaiyyətə təqdim olunub. Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyalın açıqlamasına əsasən, ABŞ-dən təyyarə tədarükü ilə bağlı “Boeing” şirkətinə verilməsi planlaşdırılan və hazır vəziyyətdə olan sifarişlərin ümumi dəyəri təxminən 70–80 milyard dollar təşkil edir. Nazir bildirib ki, mühərriklər və ehtiyat hissələri də nəzərə alındıqda bu məbləğ 100 milyard dollara çata bilər.

6 Fevral 2026 19:54
Hindistan ABŞ-la 80 milyard dollarlıq nəhəng tədarük razılaşmasını açıqlayıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

Hindistan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində iri həcmli ticarət və tədarük razılaşması üzrə mühüm detallar ictimaiyyətə təqdim olunub.

AzerVoice xəbər verir ki, Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyalın açıqlamasına əsasən, ABŞ-dən təyyarə tədarükü ilə bağlı “Boeing” şirkətinə verilməsi planlaşdırılan və hazır vəziyyətdə olan sifarişlərin ümumi dəyəri təxminən 70–80 milyard dollar təşkil edir. Nazir bildirib ki, mühərriklər və ehtiyat hissələri də nəzərə alındıqda bu məbləğ 100 milyard dollara çata bilər.

“The Indian Express” nəşrinin məlumatına görə, Piyuş Qoyal jurnalistlərə açıqlamasında Hindistan və ABŞ arasında yeni ikitərəfli ticarət sazişinin birinci mərhələsinin mart ayının ortalarınadək imzalanacağını deyib. Nazir əlavə edib ki, razılaşma ilə bağlı birgə bəyanat yaxın günlərdə yayımlanacaq.

Qoyalın sözlərinə görə, saziş çərçivəsində ABŞ tərəfindən prezident fərmanı ilə Hindistana tətbiq olunan gömrük rüsumları 18 faizə endiriləcək. Bunun müqabilində Hindistanın ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumlarının sıfırlanması nəzərdə tutulur.

Nazir qeyd edib ki, razılaşma ümumilikdə 500 milyard dollarlıq satınalma öhdəliyini əhatə edir. Bu çərçivədə Hindistan ABŞ-dan enerji daşıyıcıları, texnologiya məhsulları, kənd təsərrüfatı məhsulları və kömür daxil olmaqla müxtəlif kateqoriyalar üzrə iri həcmdə tədarük həyata keçirəcək.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində Hindistana tətbiq olunan gömrük tariflərinin 25 faizdən 18 faizə endiriləcəyini açıqlamışdı. O, Hindistanın da cavab olaraq ABŞ məhsullarına tətbiq etdiyi gömrük vergilərini ləğv edəcəyini bildirmişdi. Tramp həmçinin Hindistanın ABŞ bazarından 500 milyard dollar həcmində məhsul alacağını bəyan etmişdi.

Məqalədə: #Hindistan ABŞ-dən 80 milyard dollarlıq təyyarə tədarükü planlaşdırır #Hindistan–ABŞ arasında 500 milyard dollarlıq ticarət razılaşması #Hindistan Boeing-dən iri həcmli sifarişlərə hazırlaşır #ABŞ Hindistan üçün gömrük rüsumlarını azaldır #Hindistan ABŞ-dən enerji və texnologiya idxalını artırır #Hindistanla ABŞ arasında yeni ticarət sazişi imzalanacaq #Hindistan ABD’den 80 milyar dolarlık uçak tedariki yapacak #Hindistan-ABD arasında dev ticaret anlaşması #Boeing’e 70–80 milyar dolarlık sipariş gündemde #ABD Hindistan’a uygulanan gümrük vergisini düşürüyor #Hindistan ABD’den enerji ve teknoloji alacak #Yeni Hindistan-ABD ticaret anlaşması martta imzalanacak

Mövzu üzrə digər xəbərlər

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.