11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib

Omanın paytaxtı Maskatda İran və ABŞ nümayəndələri arasında keçirilən nüvə danışıqları Tehran tərəfindən “yaxşı başlanğıc” kimi qiymətləndirilib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər görüş zamanı fikir mübadiləsi aparıb, İran xalqının maraqları, narahatlıqları və hüquqları diqqətə alınıb.

6 Fevral 2026 20:12
İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Orxan Qədirzadə

Omanın paytaxtı Maskatda İran və ABŞ nümayəndələri arasında keçirilən nüvə danışıqları Tehran tərəfindən “yaxşı başlanğıc” kimi qiymətləndirilib.

AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər görüş zamanı fikir mübadiləsi aparıb, İran xalqının maraqları, narahatlıqları və hüquqları diqqətə alınıb.

Nazirin sözlərinə görə, görüş müsbət atmosferdə keçib və qarşı tərəfin mövqeləri dinlənilib. O qeyd edib ki, danışıqların yekununda tərəflər nüvə proqramı üzrə təmasların davam etdirilməsi barədə razılığa gəliblər və Tehranla Vaşinqton arasında dialoqun qorunması xüsusi əhəmiyyət daşıyır.

Əraqçi xatırladıb ki, 2025-ci ilin iyununda əvvəlki danışıqlar dövründə İran İsrail, daha sonra isə ABŞ tərəfindən hücumlara məruz qalıb. Onun sözlərinə görə, mövcud mərhələdə əsas vəzifə qarşılıqlı etimadsızlığın aradan qaldırılması və danışıqlar üçün aydın çərçivənin müəyyən edilməsidir.

Məlumata əsasən, iki ölkə arasında diplomatik proses 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana qarşı hücumlarından sonra dayandırılmışdı. Danışıqların yenidən başlanması region ölkələrinin, xüsusilə Türkiyənin fəal vasitəçilik səyləri nəticəsində mümkün olub.

Yenilənmiş dialoq çərçivəsində əsas fikir ayrılıqları uranın zənginləşdirilməsi və yüksək zənginləşdirilmiş uranın İrandan çıxarılması məsələləri ətrafında qalır. Tehran sanksiyaların ləğvi qarşılığında nüvə proqramını atom silahının yaradılmasını istisna edən məhdudiyyətlər daxilində saxlamağa hazır olduğunu bildirir.

Bununla yanaşı, Vaşinqton İranda uranın zənginləşdirilməsinin tam dayandırılmasını və mövcud ehtiyatların ölkədən çıxarılmasını tələb edir. ABŞ administrasiyası danışıqlar gündəliyinə İranın raket proqramı və regionda silahlı qruplara dəstək məsələlərinin də daxil edilməsinə çalışır. İran isə nüvə proqramından kənar mövzuların müzakirə edilməyəcəyini bəyan edir.

Məqalədə: #İran #İran ABŞ-la Maskat danışıqlarını müsbət dəyərləndirdi #Tehran: ABŞ-la nüvə dialoqu yaxşı başlanğıcdır #Maskat görüşü: İran və ABŞ təmasları davam etdirəcək #İran nüvə danışıqlarında etimadın bərpasını vacib sayır #ABŞ–İran dialoqu yenidən gündəmdə #Tehran Vaşinqtonla danışıqların davamını təsdiqlədi #ABD ile Maskat görüşmesini olumlu değerlendirdi #Tahran: ABD ile nükleer diyalog iyi bir başlangıç #Maskat’ta İran-ABD nükleer temasları #İran ve ABD görüşmeleri sürdürme kararı aldı #Nükleer müzakerelerde İran’dan iyimser mesaj #ABD-İran diyaloğu yeniden başladı

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.