13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ və tərəfdaşları Hörmüz boğazından keçməyəcək - İran

İran Silahlı Qüvvələri Hörmüz boğazına nəzarətin özlərində olduğunu və ABŞ ilə hücumda iştirak edən tərəfdaşlarına boğazdan keçid hüququ verilməyəcəyini bəyan edib. Açıqlamada bildirilib ki, Hörmüz boğazı İran İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin nəzarəti altındadır.

12 Mart 2026 10:50
ABŞ və tərəfdaşları Hörmüz boğazından keçməyəcək - İran

BAKI,VOA, Fərid Mikayılov

İran Silahlı Qüvvələri Hörmüz boğazına nəzarətin özlərində olduğunu və ABŞ ilə hücumda iştirak edən tərəfdaşlarına boğazdan keçid hüququ verilməyəcəyini bəyan edib.

VOA xəbər verir ki, İran Silahlı Qüvvələrinin əməliyyatlarını koordinasiya edən Hatəmül-Ənbiya qərargahı bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Hörmüz boğazı İran İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin nəzarəti altındadır.

“Şübhə və ya səhlənkarlıq olmadan bəyan edirik ki, Hörmüz boğazı İnqilab Keşikçilərinin cəsur dəniz qüvvələrinin ağıllı idarəçiliyi altındadır. ABŞ təcavüzkarlarının və onların tərəfdaşlarının bu boğazdan keçmək hüququ yoxdur” – deyə bəyanatda qeyd olunub.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) isə Birləşmiş Ərəb Əmirliklərində yerləşən Cəbəl Əli limanının təxminən 65 kilometr şimalında bir konteyner gəmisinin naməlum obyekt tərəfindən vurulduğunu bildirib.

Məlumata görə, hadisə nəticəsində gəmidə kiçik yanğın baş verib, lakin bütün heyət üzvlərinin təhlükəsiz olduğu açıqlanıb.

Qurum bildirib ki, qaranlıq səbəbindən gəmidə yaranmış ziyanın miqyası hələ tam müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Regionda gərginlik artır

Məlumatlara görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına cavab olaraq İranın bölgədə raket və pilotsuz uçuş aparatları ilə hücumları davam edir.

İran İnqilab Keşikçiləri daha əvvəl Hörmüz boğazını xüsusilə ABŞ və İsraillə əlaqəli gəmilər üçün bağladıqlarını bəyan etmişdi.

Məqalədə: #İsrail #İran #ABŞ #SEPAH #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03

Son Xəbərlər

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.