6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Amsterdamda yəhudi məktəbində partlayış baş verib

Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbi yaxınlığında baş verən partlayış şəhər rəhbərliyi tərəfindən yəhudi icmasına qarşı yönəlmiş qəsdən hücum kimi qiymətləndirilib. Partlayış Amsterdamın cənubunda yerləşən yaşayış məhəlləsində baş verib. Nəticədə məktəbin divarının bir hissəsi yanıb, yağış borusu zədələnib.

14 Mart 2026 21:09
Amsterdamda yəhudi məktəbində partlayış baş verib

BAKI, VOA, Orxan Qədirzadə

Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbi yaxınlığında baş verən partlayış şəhər rəhbərliyi tərəfindən yəhudi icmasına qarşı yönəlmiş qəsdən hücum kimi qiymətləndirilib.

VOA xəbər verir ki, partlayış Amsterdamın cənubunda yerləşən yaşayış məhəlləsində baş verib. Nəticədə məktəbin divarının bir hissəsi yanıb, yağış borusu zədələnib.

Şəhərin meri Femke Halsema hadisəni yəhudi icmasına qarşı yönəlmiş aqressiv hücum kimi qiymətləndirib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

Onun sözlərinə görə, Amsterdamda yəhudi icması son dövrlərdə antisemitizm halları ilə daha çox üzləşir və bu cür hadisələr qəbuledilməzdir.

Qeyd olunub ki, sözügedən təhsil müəssisəsi Niderlandda pravoslav yəhudilər üçün fəaliyyət göstərən yeganə məktəbdir. Əvvəllər də təhlükəsizlik səbəbilə məktəbin ətrafı metal hasarla qorunurdu.

Bundan əvvəl Rotterdamin mərkəzində yerləşən sinaqoqlardan birində gecə saatlarında baş verən yanğın hadisəsindən sonra ölkədə yəhudi dini və ictimai obyektlərinin təhlükəsizliyi artıq gücləndirilmişdi.

Belçikanın Liej şəhərində də ötən həftə sinaqoqlardan birində partlayış nəticəsində yanğın baş verdiyi bildirilir.

Niderlandın baş naziri Rob Yetten Amsterdamdakı hadisəni “dəhşətli” adlandıraraq bunun yəhudi icması arasında qorxu və narahatlıq yaratdığını bildirib.

Qlobal miqyasda yəhudi icmalarına qarşı hücum təhlükəsi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Tehranın cavab addımlarından sonra artıb.

Bu həftə ABŞ-ın Miçiqan ştatında yerləşən Detroit şəhərində də bir nəfər avtomobili sinaqoqa çırparaq yanğın törədib. Hadisəni törədən şəxsin daha sonra özünü güllələdiyi bildirilib.

Məqalədə: #Amsterdamda yəhudi məktəbində partlayış baş verib #Niderlandda yəhudi məktəbinə hücum #Amsterdam meri hücumu antisemitizm aktı adlandırdı #Avropada yəhudi obyektlərinə hücumlar artır #Niderlandda yəhudi icmasının təhlükəsizliyi gücləndirilir #Amsterdamda yəhudi məktəbi partlayış nəticəsində zədələnib

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.