10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail mediası ABŞ-ın İranla müharibəni dayandırmaq üçün irəli sürdüyü 11 şərti açıqlayıb

İsrail kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları İranla müharibənin tamamilə dayandırılması və gərginliyin aradan qaldırılması müqabilində rəsmi Tehrana sərt şərtlər toplusu təqdim edib. Sənəddə İranın nüvə proqramından raket arsenalına, habelə regional fəaliyyətlərinə qədər bir çox strateji məsələlər əks olunub.

25 Mart 2026 09:49
İsrail mediası ABŞ-ın İranla müharibəni dayandırmaq üçün irəli sürdüyü 11 şərti açıqlayıb

BAKI,VOA

İsrail kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları İranla müharibənin tamamilə dayandırılması və gərginliyin aradan qaldırılması müqabilində rəsmi Tehrana sərt şərtlər toplusu təqdim edib.

VOA xəbər verir ki, sənəddə İranın nüvə proqramından raket arsenalına, habelə regional fəaliyyətlərinə qədər bir çox strateji məsələlər əks olunub.

Həmin şərtləri təqdim edirik:

• Nüvə fəaliyyətinin dayandırılması: İran mövcud nüvə imkanlarını ləğv etməli və gələcəkdə nüvə silahına sahib olmağa çalışmayacağına dair rəsmi öhdəlik götürməlidir.

• Uranın zənginləşdirilməsi: İran ərazisində uranın hər hansı formada zənginləşdirilməsi qadağan edilir. Həmçinin, 60% nisbətində zənginləşdirilmiş təxminən 450 kiloqramlıq uran ehtiyatı razılaşdırılmış cədvəl üzrə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) təhvil verilməlidir.

• Obyektlərin ləğvi: Nətənz, İsfahan və Fordo nüvə obyektlərinin fəaliyyətinə son qoyulmalıdır.

• Beynəlxalq nəzarət: BMT-nin nüvə nəzarəti orqanı olan BAEA-ya İran daxilində tam çıxış, şəffaflıq və monitorinq imkanı yaradılmalıdır.

• Regional müdaxilə və "proksilər": Tehran regional "proksi" (vəkil) qüvvələrə arxalanmaq siyasətindən imtina etməli, regiondakı qruplaşmaların maliyyələşdirilməsini, yönləndirilməsini və silahlandırılmasını dayandırmalıdır.

• Dəniz təhlükəsizliyi: Hörmüz boğazı bütün tərəflər üçün açıq qalmalı və azad dəniz keçidi kimi fəaliyyətini davam etdirməlidir.

• Raket proqramı: İranın raket arsenalı məsafə və kəmiyyət baxımından sonradan müəyyən ediləcək limitlərlə məhdudlaşdırılmalıdır. Raketlərin istifadəsi yalnız özünümüdafiə çərçivəsində mümkün ola bilər.

Məqalədə: #İsrail #İran #ABŞ #İran raket proqramı #İranın nüvə proqramı #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA)

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.