11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaz ayları Ukrayna üçün çətin olacaq - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı aylarda ölkəsi üçün siyasi və diplomatik vəziyyətin mürəkkəbləşəcəyini bildirib.Məlumata əsasən, Ukrayna lideri daha əvvəl ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyini xatırladaraq bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, gərginliyin azalması halında yeni görüşlər aprel, may və ya iyun aylarında baş tuta bilər.

10 Aprel 2026 14:37
Yaz ayları Ukrayna üçün çətin olacaq - Zelenski

BAKI,VOA, Fərid Mikayılov

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı aylarda ölkəsi üçün siyasi və diplomatik vəziyyətin mürəkkəbləşəcəyini bildirib.

VOA xəbər verir ki, Zelenski jurnalistlərlə görüşündə ABŞ-nin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün danışıqları sentyabr ayına qədər yekunlaşdırmağa çalışdığını qeyd edib.

Onun sözlərinə görə, bu səbəbdən yaz və yay dövrü Ukrayna üçün asan olmayacaq.

Məlumata əsasən, Ukrayna lideri daha əvvəl ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyini xatırladaraq bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, gərginliyin azalması halında yeni görüşlər aprel, may və ya iyun aylarında baş tuta bilər.

Zelenski qeyd edib ki, ABŞ bu prosesi sürətləndirmək niyyətindədir və yaxın aylarda Ukraynaya həm siyasi, həm də hərbi baxımdan təzyiqlərin artması mümkündür.

Eyni zamanda, o vurğulayıb ki, Ukrayna milli maraqlarını qorumaqla fəaliyyətini davam etdirəcək və Rusiyaya qarşı beynəlxalq təzyiqin artırılması mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, Zelenski Rusiya ordusunun cəbhədə itkilər verdiyini desə də, eyni zamanda Ukrayna ərazisində rus hərbi qüvvələrinin sayının artdığını qeyd edib. Onun sözlərinə görə, Rusiya strateji ehtiyatlardan istifadə edərək qüvvələrini gücləndirir.

Ukrayna lideri həmçinin Yaxın Şərq ölkələri ilə müdafiə sahəsində əməkdaşlıq etdiklərini, İran istehsalı pilotsuz uçuş aparatlarına qarşı mübarizə çərçivəsində bir neçə ölkədə uğurlu əməliyyatlar həyata keçirdiklərini bildirib.

Məqalədə: #Rusiya #ABŞ #Ukrayna #Volodimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.