12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çinə səfər üçün Marko Rubionun adı dəyişdirildi - Yeni adı hansı mənaya gəlir?

ABŞ Prezidenti Donald Trump administrasiyasının dövlət katibi Marko Rubio Çinə tətbiq olunan sanksiyalara baxmayaraq Pekinə səfər edə bilib. Çin hökuməti bunun üçün Rubio soyadının Çin dilində yazılışında texniki dəyişiklik edib.

14 May 2026 21:19
Çinə səfər üçün Marko Rubionun adı dəyişdirildi - Yeni adı hansı mənaya gəlir?

BAKI,VOA Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Trump administrasiyasının dövlət katibi Marko Rubio Çinə tətbiq olunan sanksiyalara baxmayaraq Pekinə səfər edə bilib.

VOA xəbər verir ki, Çin hökuməti bunun üçün Rubio soyadının Çin dilində yazılışında texniki dəyişiklik edib.

Bildirilir ki, Pekin hakimiyyəti Rubio soyadında istifadə olunan “Lu” heroqlifini başqa oxunuşa malik, lakin fərqli məna verən alternativ heroqliflə əvəz edib. Bu dəyişiklik sayəsində Çin rəhbərliyi formal olaraq 2020-ci ildə tətbiq etdiyi sanksiyaları ləğv etmədən amerikalı rəsmiyə ölkəyə giriş imkanı yaradıb.

Çin 2020-ci ildə senator olduğu dövrdə Marko Rubionu Sincan bölgəsində uyğur türkləri və Honkonq məsələsində sərt mövqeyinə görə sanksiya siyahısına daxil etmişdi. Həmin qərar Rubionun Çinə girişinə qadağanı da əhatə edirdi.

Qərb mediasında yer alan məlumatlarda qeyd olunur ki, Rubio üçün seçilən yeni heroqlif Çin dilində “kobud”, “sərt”, “patavatsız” və ya “düşüncəsiz” kimi mənalar daşıya bilər. Analitiklər bunu Pekinin Vaşinqtona yönəlmiş simvolik diplomatik mesajı kimi qiymətləndirirlər.

Diqqət çəkən digər detal isə Rubionun Pekinə uçarkən geyindiyi idman geyimi olub. Sosial şəbəkələrdə yayılan müzakirələrdə onun geyiminin vaxtilə Nicolás Maduro ilə bağlı görüntülərdə görünən geyimə bənzədiyi bildirilib. Bu addım bəzi istifadəçilər tərəfindən Vaşinqtonun siyasi mesajı kimi şərh olunub. Bununla belə, həmin iddialarla bağlı rəsmi təsdiq verilməyib.

Pekin səfəri çərçivəsində ABŞ və Çin nümayəndə heyətlərinin əsas müzakirə mövzuları ticarət münasibətləri, Tayvan məsələsi və İran ətrafındakı regional gərginlik olub. Rubio səfər zamanı ABŞ-ın Tayvan siyasətinin dəyişmədiyini də bəyan edib.

Məqalədə: #ABŞ Çin diplomatiyası #Marco Rubio Çin sanksiyaları #Pekin-Vaşinqton münasibətləri #Tramp Çin səfəri #Çin ABŞ diplomatik manevrləri #Çin qadağası #Rubio Pekin səfəri #Çin diplomatiyası #Siyasi sanksiyalar #Çinlə siyasi əlaqələr

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.